Gənclər Siyasəti üzrə I Qlobal Forumun keçirilməsi
ilə bağlı tədbirlər planı təsdiq edilib
Azərbaycan
Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı
ilə Gənclər Siyasəti üzrə I Qlobal Forumun
keçirilməsi ilə bağlı tədbirlər planı
təsdiq edilib.
AzərTAc xəbər verir ki, sərəncamda I Qlobal Forumun yüksək səviyyədə keçirilməsini təmin etmək üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə Gənclər və İdman Nazirliyi nəzdində Təşkilat Komitəsinin yaradılması, tədbirdə iştirak edəcək nümayəndə heyətləri ilə işləyəcək könüllülərin cəlb edilməsi və təşkil olunması, xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası, forumun yerli KİV-də işıqlandırılması, tədbirin keçirildiyi günlərdə mədəni proqramın və şəhərdaxili turların təşkili və digər məsələlər nəzərdə tutulub.
Xatırladaq ki, forum bu il
oktyabrın 28-30-da Bakıda keçiriləcək.
Azərbaycan. - 2014.- 22 avqust.- S. 1.