Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
notariat hərəkətlərinin
aparılması qaydaları
haqqında Təlimat”da
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabineti Qərar
¹ 286
Bakı şəhəri,
20 avqust 2014-cü il
“Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2014-cü il 2 may tarixli
953-IVQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
26 may tarixli 172 nömrəli
Fərmanının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722; 2002, ¹ 3, maddə
148, ¹ 7, maddə 455, ¹ 10, maddə
635; 2003, ¹ 10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə
534, ¹ 8, maddə 782, ¹ 10, maddə
977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr
1228,1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə
830, ¹ 10, maddə 902, ¹ 11, maddə
994; 2008, ¹ 2, maddə 108, ¹ 4, maddə 316, ¹ 8, maddə
787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr 846, 849, ¹ 12, maddə
1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹ 10, maddə 971; 2012, ¹ 3, maddə
263, ¹ 5, maddələr 489, 495, ¹ 7, maddə 777, ¹ 11, maddə
1206, ¹ 12, maddə 1354; 2013, ¹ 4, maddə 444, ¹ 5, maddə
578; 2014, ¹ 1, maddə 74, ¹ 5, maddələr 552, 589; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
12 iyun tarixli 193 nömrəli qərarı)
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması
qaydaları haqqında
Təlimat”ın 7-ci hissəsinin
on ikinci abzasında “təsdiq edilməsi barədə məlumatı”
sözləri “təsdiq
edilməsi barədə,
habelə “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikası
Qanununun 27-ci maddəsinin
VI-I hissəsinə uyğun
olaraq fiziki şəxslərin qeydiyyatda
olduğu və yaşadığı ünvanı,
mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı və sürücülük
vəsiqəsinin nömrəsi,
hüquqi şəxslərin
isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları” sözləri
ilə əvəz edilsin.
Yaqub Eyyubov,
Azərbaycan
Respublikası
Baş nazirinin birinci müavini
Azərbaycan. - 2014.- 22 avqust.- S. 1.