Bizə yaradılan şəraitdən çox razıyıq
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya biz məktəblilərə Vətənimizi daha yaxından tanımağa geniş imkanlar açıb. Biz getdiyimiz bölgələrin maddi-mədəniyyət abidələri ilə yaxından tanış olmaqla bərabər, həm də özümüzə yeni dostlar tapırıq.
Bu sözləri Astara şəhərindəki 2 nömrəli orta məktəbin XI sinif şagirdi Maya Nağdızadə AzərTAc-a müsahibəsində dedi. Bildirdi ki, Gəncəyə səfərimiz qrupumuzun bütün üzvlərinin ürəyincədir. İki gündür ki, burdayıq. Əhval-ruhiyyəmiz də çox yaxşıdır. Bizə yaradılan şəraitdən çox razıyıq. Gəncənin tarixi barədə öyrəndiklərimiz sevincimizi ikiqat artırır.
Gəncə ilə tanış olduqdan
sonra bu qənaətə
gəldik ki, dahi şairimiz Nizami Gəncəvinin
XII əsrdə ilham alaraq
yazıb-yaratdığı bu qədim
şəhər nəinki tarixi, eyni zamanda, bu
günü ilə də fəxr edə
bilər. Söz yox ki, bütün bu gözəlliklər dövlətimizin
başçısının gündəlik diqqət və
qayğısı sayəsində yaradılıb.
Azərbaycan. - 2014.- 22 avqust.- S. 4.