Qərb bölgəsində sürətli inkişafın şahidi olduq

 

”Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya ölkəmizdə mövcud olan tarixi abidələrlə bərabər, həm də regionlarımızın inkişafını daha yaxından görmək üçün bizə geniş imkanlar yaradır.

Bu sözləri Gəncə-Şəmkir-Göygöl marşrutu ilə ekskursiyaya gələn Lerik şəhərindəki 2 nömrəli orta məktəbin IX sinif şagirdi Rəşad Nəsirov AzərTAc-a müsahibəsində dedi. Lerik məktəblisi daha sonra əlavə etdi ki, hər yerdə olduğu kimi, bu bölgədə də sürətli inkişafın şahidi olduq. Xüsusilə Gəncədə aparılan abadlıq və yenidənqurma işləri bizi hədsiz dərəcədə sevindirdi. Biz ekskursiya zamanı şəhərin qədim mədəniyyət abidələri ilə yanaşı müasir tikililəri ilə yaxından tanış olduq. Ümumiyyətlə, Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə keçirdiyimiz gəzintilər bölgə haqqında təəssüratlarımızı ikiqat artırdı.

 

Azərbaycan. - 2014.- 22 avqust.- S. 4.