Öz gözündə tiri görmür....

 

Rusiyanın “Tribuna” qəzetinin 20 avqust nömrəsində Alesya Dovlatovanın “Təhlükəli dezinformasiya. Rusiyanın yaxın müttəfiqləri onu hansı oyunlara çəkməyə cəhd edirlər?” sərlövhəli məqaləsi dərc olunub.

Material Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin bu ayın əvvəlində Soçidə keçirilən görüşünə həsr olunub. Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın vasitəçilik rolundan bəhs edir. Ölkəsinin Ermənistanla və Azərbaycanla münasibətlərini xarakterizə edən A.Dovlatova yazır: “Ermənistan Rusiyanın tarixi müttəfiqi hesab edilir, bu ölkə Avrasiya İttifaqına daxil olmağa hazırlaşır. Eyni zamanda, ölkəmizin Azərbaycanla da yaxşı münasibətləri var. Bu ölkədə rus məktəblərini və qəzetləri bağlamırlar, “sovet işğalı muzeyi” yaratmırlar, ümumiyyətlə, Rusiya əleyhinə təbliğatla məşğul olmurlar. Əvəzində siyasi islahatları uğurla həyata keçirirlər, on il ərzində iqtisadiyyatda böyük uğurlar əldə ediblər, 9 milyon əhalisi olan ölkədə bir milyonadək yeni yeri yaradıblar, işsizliyiyoxsulluğu 49 faizdən təxminən beş faizədək endiriblər... Azərbaycan bu gün Rusiyanın mühüm siyasiiqtisadi tərəfdaşıdır”.

Soçi görüşünün bəzi təfərrüatlarından söz açan müəllif yazır ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnaməsini xatırladıb və təəssüfləndiyini bildirib ki, iyirmi ildən çox keçməsinə baxmayaraq, bu qətnamələr hələ də kağız üzərində qalıb. Buna cavab olaraq Serj Sarkisyan bildirib ki, qətnamənin bəndini yerinə yetirən, hərbi əməliyyatları dayandırmaq üçün öz nüfuzundan istifadə edən təkcə Ermənistan olub”.

Jurnalist daha sonra yazır: “Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası əhəmiyyətsiz məsələlərə görə toplaşmır. O, həqiqətən, dörd dəfə toplaşıb və dörd qətnamə qəbul edib. 822 nömrəli qətnamə 1993-cü il aprelin 30-da, Ermənistanın Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsindən sonra qəbul olunub. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyününsuverenliyinin dəstəkləndiyi ifadə olunur və Ermənistan qoşunlarının Kəlbəcər rayonundan, eləcə də Azərbaycanın yaxın vaxtlarda işğal olunmuş digər regionlarından çıxarılması tələbi irəli sürülür. 853 nömrəli digər qətnamə 1993-cü il iyulun 29-da, Ermənistanın Azərbaycanın Ağdam rayonunu işğalından sonra qəbul edilib. Bu sənəddə də Azərbaycanın ərazi bütövlüyü tanınır və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasına çağırılır. 1993-cü il oktyabrın 14-də, Ermənistanın və Azərbaycanın ərazi münaqişəsinin davam etməsi fonunda 874 nömrəli qətnamə qəbul olunub. 1993-cü il noyabrın 12-də Füzuli rayonundakı Horadiz qəsəbəsinin və Zəngilan rayonunun Ermənistan tərəfindən işğalından sonra daha bir sənəd – BMT Təhlükəsizlik Şurasının 884 nömrəli qətnaməsi qəbul edilib. Yenə həmin əsas bəndlərlə - Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, işğal olunmuş rayonlardan qoşunların çıxarılması. Bütün bu müddətdə regionda hərbi əməliyyatlar davam edir. Nəzərə almaq lazımdır ki, barışıqdan hər dəfə məhz Ermənistan imtina edir”.

Məqalədə deyilir ki, Azərbaycanda daxili siyasi qeyri-sabitlik dövrü Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başa çatdı. “O, digər işlər sırasında, tələm-tələsik təşkil edilmiş ərazi özünümüdafiə qruplaşmalarını əsl orduya – nizam-intizamlı, vahid rəhbərliyi, sərt komanda vertikalı olan orduya çevirməyə başladı”. “...Cəbhə xəttində artıq Azərbaycan hücuma keçir, - deyə müəllif davam edir, - Horadizdaha bir neçə kənd və qəsəbə azad edilir. Yerevanda deyəsən dərk edirlər ki, müharibə daha birtərəfli olmayacaq. Bundan sonra Azərbaycanın müdafiə xəttinin ön hissələrinin döyüş qabiliyyətini ehtiyatla yoxlamağa cəhd etsələr də, irimiqyaslı hərbi əməliyyatlara keçmədilər. Lakin BMT Təhlükəsizlik Şurasının qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən, hazırda bir sıra digər sənədlərin də əlavə olunduğu qətnamələrə Ermənistan indiyədək əməl etməyib. Soçi danışıqlarında Azərbaycan Prezidenti məhz bunu xatırladırdı”.

Məqalədə vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri konkret beynəlxalq sənədlərdir ki, konkret hadisə ilə əlaqədar qəbul edilibkonkret tələb irəli sürürxarici qoşunlar Azərbaycanın ərazisindən çıxarılsın. Bu tələb artıq iyirmi ildir ki, yerinə yetirilməmiş qalır.

Jurnalist sual edir: “Lakin Ermənistan prezidentinin səsləndirdiyi versiyaya görə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini məhz Azərbaycan yerinə yetirmir. Lakin Azərbaycan bu qətnamələri dinc yolla necə yerinə yetirməli idi? Qanuni ərazilərindən tamamilə imtina etsin? Torpaqlarının iyirmi faizini qonşusuna bağışlasın?”.

Müəllif məqalənin sonunda qeyd edir: “Serj Sarkisyanın bu cür bəyanatlarına el arasında “öz gözündə tiri görməyib özgə gözündə tük axtarmaq” deyirlər. “Böyük siyasətdə” isə bunun adı təxribatdır. Lakin Ermənistan prezidenti bu cür təxribat xarakterli bəyanatlarla Yerevandayaxud Gümrüdə tərəfdarlarının mitinqində deyil, Rusiyanın Soçi şəhərində, Rusiya və Azərbaycan prezidentləri ilə görüşdə, Rusiyanın vasitəçilik rolunu öz üzərinə götürdüyü Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş görüşdə çıxış edib. Bu isə o deməkdir ki, Serj Sarkisyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini dərk etməsi həm də bizim problemimiz ola bilər”.

 

Azərbaycan. - 2014.- 22 avqust.- S. 4.