"Mexaniki
nəqliyyat vasitələrinin
və onların qoşqularının müəyyən
edilmiş qaydada
dövlət qeydiyyatından
keçirilməsi və
dövlət qeydiyyatı
üzrə uçota
alınması haqqında
Əsasnamənin və
Nəqliyyat vasitəsinin
özgəninkiləşdirilməsi və girov qoyulması
qaydasının təsdiq
edilməsi barədə"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli
39 nömrəli qərarında
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
№ 287 Bakı
şəhəri, 20 avqust
2014-cü il
"Yol hərəkəti haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
2014-cü il 2 may tarixli
953-IVQD nömrəli Qanununun
tətbiqi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
26 may tarixli 172 nömrəli
Fərmanının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 15
mart tarixli 39 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, № 3, maddə
195; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2006, № 5, maddələr
463, 472, № 9, maddə 822, № 10, maddə 902, № 11, maddə
989; 2008, № 2, maddələr 116, 125, № 8, maddə 782; 2009, № 6, maddə
491; 2010, № 8, maddə 764; 2011, № 5, maddə 454; 2012, № 2, maddə
185, № 5, maddə 486; 2013, № 5, maddə 574, № 6, maddə
747,
№ 8, maddə 1001; 2014, №5, maddə
551) ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin
və onların qoşqularının müəyyən
edilmiş qaydada dövlət qeydiyyatından
keçirilməsi və
dövlət qeydiyyatı
üzrə uçota
alınması haqqında
Əsasnamə"də aşağıdakı dəyişikliklər
edilsin:
1. Aşağıdakı məzmunda
2.8-3-cü bənd əlavə
edilsin:
"2.8-3.
Bu Əsasnamənin 1.2-ci bəndinin
1-ci yarımbəndində nəzərdə
tutulmuş nəqliyyat
vasitəsini dövlət
qeydiyyatından (həmçinin
təkrar dövlət
qeydiyyatından) keçirərkən
fiziki şəxslər
qeydiyyatda olduğu və yaşadığı
ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin
nömrəsini, hüquqi
şəxslər isə
nəqliyyat vasitəsinin
idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət
qeydiyyatını həyata
keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları
üç gün ərzində yeniləməlidirlər.
Həmin
məlumatlar verilmədiyi
halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi
məlumatların telefon,
poçt və
internet vasitəsilə elektron
qaydada verilməsi və yenilənməsi üçün müvafiq
imkanların olmasını
təmin etməlidir.".
2.
4-cü hissə üzrə:
2.1. aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:
"4.2-1.
Bu Əsasnamənin 1.2-ci bəndinin
1-ci yarımbəndində nəzərdə
tutulmuş nəqliyyat
vasitəsini başqa regionda təkrar dövlət qeydiyyatından
keçirmək üçün
müraciət edildikdə,
nəqliyyat vasitəsinin
yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə
dövlət qeydiyyatını
ləğv edir.";
2.2.
4.3-1-ci bəndin birinci
cümləsində "təsdiq
edilməsi barədə
məlumatı" sözləri
"təsdiq edilməsi
barədə, habelə
bu Əsasnamənin
2.8-3-cü bəndində nəzərdə
tutulmuş məlumatları"
sözləri ilə əvəz edilsin.
Yaqub Eyyubov,
Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini
Azərbaycan. - 2014.- 23 avqust.- S. 1.