Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci
il 17 oktyabr tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş "Sanatoriya-kurort müəssisələrində
sanitary gigiyenik Tələblər"də
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 288 Bakı
şəhəri, 20 avqust
2014-cü il
"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli
Qanununun tətbiqi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 15 may tarixli
166 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 234 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 10, maddə 1015) ilə
təsdiq edilmiş
"Sanatoriya-kurort müəssisələrində
sanitar-gigiyenik Tələblər"in
3.1-ci bəndinin birinci
cümləsinə "ətrafında"
sözündən sonra
"Azərbaycan Respublikasının
"Xüsusi mühafizə
olunan təbiət əraziləri və obyektləri haqqında"
Qanununun 10-1-ci maddəsinə
və" sözləri
əlavə edilsin.
Yaqub Eyyubov,
Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini
Azərbaycan. - 2014.- 23 avqust.- S. 1.