Gədəbəy ziyalılarının gözü ilə

 

Təbiət  bu yerlərdən heç nəyi əsirgəməyib. Min bir sərvətli torpaqları, başı qarlı uca dağları, zümzüməli çayları, buz bulaqları, göz oxşayan şəlalələri, yaşıl yaylaqları, şəfaverici meşələri ilə xəlq olunub Gədəbəy. Neçə-neçə qalası var, çeşməsi var bu yerin: Koroğlu qalası, Qız qalası, Narzan, TurşsuMor-mor bulaqları...  Deyirlər ki, bu bulaqlar daşa da həyat verər. Gədəbəy meşələrini təbiətin nadir inciləri adlandırırlar. Bu yerin oylaqları könül oxşayır, qədirbilən insanları zəhmətkeşdir, əməksevərdir. Onların birgə səyi doğma elə, obaya daim ucalıq gətirir. Bu insanlar olmasaydı, son 11 ildə Gədəbəydə əlli ildə görülən işlərə bərabər görülməzdi, üç min ildən çox tarixi olan qədim diyar belə sürətlə inkişaf etməzdi.

Bu gün Gədəbəydəki yüksəliş, tərəqqi hamını heyran edir. Respublikamızın hər yerində olduğu kimi, burada da tikinti-abadlıq, quruculuq işləri geniş vüsət alıb. Bu dirçəlişin ruhlandırıcısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Onun bu dağ rayonuna üç dəfə səfər etməsi, Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının  sürətləndirilməsi və Qarıkənd - Miskinli - Çalburun və Qızıltorpaq  - Ağbaşlar avtomobil yolunun tikintisi ilə bağlı çox mühüm sərəncamları imzalaması yüksək inkişafa zəmin yaratmışdır.

Rayonda yol, körpü, məktəb tikinitsi geniş vüsət alıb. Əhalinin uzun illərdən bəri arzusunda olduğu, 56 kilometr uzunluğundakı Gədəbəy - Novosaratovka - Qaravəllilər  yolunun tikintisi başa çatmaq üzrədir. Novosaratovka kəndində Fındıqlı çayı üzərində və Gədəbəy şəhərinin girəcəyində Çolpan çayı üzərində strateji əhəmiyyətə malik iki böyük körpü tikilib istifadəyə verilib. Rayonun elektrik təchizatını yaxşılaşdıracaq 110 kilovoltluq elektrik xəttinin çəkilişi davam etdirilir.

Təkcə son iki ildə Novosaratovkada 200 yerlik, Qoşabulaq və Samanlıq kəndlərinin hərəsində 180 yerlik, Slavyankada 360 yerlik, Arıqdam kəndində 480 yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, son 11 il ərzində rayonda 70-ə yaxın məktəb binası yenidən tikilmişya əsaslı təmir olunmuşdur.

Gədəbəy şəhəri də tanınmaz dərəcədə dəyişib. Burada geniş tikinti-abadlıq işləri aparılıb. Heydər Əliyev adına mədəniyyət istirahət parkı yenidən qurulub, 1000 nəfər tamaşaçı tutan möhtəşəm Yaşıl teatr, respublikada analoqu olmayan Aşıq musiqisi məktəbi tikilib istifadəyə verilib. Hazırda neçə-neçə sosial obyekt tikilir, abadlıq işləri davam etdirilir.

Qazanılmış uğurlardan rayonun təşkil olunmasının 84-cü ildönümü münasibətilə bu günlərdə keçirilmiş ümumrayon toplantısında ətraflı söhbət açıldı. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin heykəlini ziyarət edib, önünə tər çiçəklər  düzdülər. "Müasir Gədəbəy onun ziyalılarının gözü ilə" mövzusunda keçirilən bu toplantıya hazırda respublikamızın müxtəlif yerlərində yaşayan çalışan Gədəbəy ziyalıları, alimlər, Milli Məclisin deputatları, generallar, şairlər, jurnalistlər digər tanınmış adamlar gəlmişdilər. Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanın hər yerində olduğu kimi, Gədəbəydə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük işlər görüldüyünü, rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndiyini, bu sahədə yeni-yeni uğurlar qazanıldığını xüsusi qeyd etdilər. Görülən işlər qarşıda duran vəzifələrlə bağlı fikirlər tədbirin leytmotivinə çevrildi. Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov çıxışında uğurlarla yanaşı, həllini gözləyən bəzi problemlərin olduğunu,  gələcəkdə həmin məsələlərin öz həllini tapacağını bildirdi. Dedi ki, ölkə rəhbərinin gədəbəylilərə göstərdiyi qayğıya cavab olaraq,  bundan sonra da işimizi tələblər səviyyəsində quracaq, "Azərbaycan Respublikası regionlarının 2014-1018-ci illərdə sosial-iqtisadi işkişafı Dövlət Proqramı"ndan irəli gələn vəzifələri layiqincə yerinə yetirəcəyik. Bu ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları göstərir ki, rayonun iqtisadiyyatını əks etdirən rəqəmlər getdikcə artır, əhalinin güzəranı yaxşılaşır.

Başkəndin erməni şğalçılarından azad olunmasında xüsusilə fərqlənmiş, döyüşlərdə böyük igidlik göstərmiş qəhrəmancasına həlak olmuş baş leytenant, Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası, Bakı Dövlət Universitetinin kafedra müdiri, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmovun çıxışı da maraqla dinləndi. O bildirdi ki, respublikamızın regionlarının, o cümlədən Gədəbəyin  bugünkü tərəqqisi ulu öndər Heydər Əliyev siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Ölkə başçısının yeritdiyi xətt regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəlməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına yoxsulluq səviyyəsinin xeyli azalmasına təkan vermişdir.

İzzət Rüstəmov ölkə rəhbərinin  Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması, torpaqlarımızın geri qaytarılması ilə bağlı fəaliyyətini xüsusi qeyd etdi. Əminliklə bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin səyi mütləq öz bəhrəsini verəcək, ermənilər işğal etdikləri torpaqlardan çıxarılacaq.

Milli Məclisin deputatları Sevinc Hüseynova Rafiq Məmmədhəsənov ölkə parlamentində respublikamızın sosial-iqtisadi inkişafı, xalqın güzəranının, maddi-rifah halının daha da yaxşılaşdırılması ilə bağlı qəbul olunan qanunlardan, bu il iyulun 10-da dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarımilliyinin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasda qarşıya qoyulan məsələlərdən söhbət açmış, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının III mərhələsində gədəbəyliləri vacib problemlərin həllində fəallıq göstərməyə çağırmışlar.

AMEA-nın müxbir üzvü Valeh Cəfərov, Dövlət Feldyeger Xidmətinin rəisi general-leytenant Ədalət Paşayev, Avrasiya Universitetinin rektoru Nazim Hüseynli, general-mayor Rəhim Quliyev, hüquq elmləri doktoru Nazim Cəfərli, şairlər Dəmir Gədəbəyli, Musa Ələkbərli, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov başqaları bildirdilər ki, 21 il əvvəl Heydər Əliyevin böyük siyasətə qaıdışı ilə Azərbaycanın həyatında   Milli Qurtuluş epopeyası başlandı.  Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə onun apardığı uğurlu daxili xarici siyasət sayəsində Azərbaycan demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev siyasi iqtisadi kursu onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Ölkə rəhbərinin qətiyyəti məqsədyönlü siyasəti sayəsində bölgənin ən güclü dövlətinə çevrilmiş Azərbaycan getdikcə qüdrətlənir. Biz bununla fəxr etməli, hər birimiz respublikamızın tərəqqisinə layiqli töhfəmizi verməliyik.

Tədbir iştirakçıları rayon mərkəzində yenidən qurulan Heydər Əliyev parkı ilə tanış oldular. Burada görülən tikinti-abadlıq işləri hamını heyran etdi. Yeni inşa olunmuş Aşıq musiqi  məktəbi toplantı iştirakçılarının diqqətini çəkdi. Özülü Azərbaycan Respublikasının Prezidenti tərəfindən qoyulmuş bu məktəb ölkəmizdə analoqu olmayan təhsil müəssisəsidir.

Rayonda yaşayan rus əhalisinin mətbəxi ilə tanışlıq da maraqlı keçdi. Burada Slavyanka Novosaratovka kəndlərinitn mətbəxinə aid olan xörəklər, şirniyyatlar s. nümayiş etdirildi. Yaşlılardan ibarət rus folklor qrupunun çıxışı alqışlarla qarşılandı.

Tədbir iştirakçıları rayon mərkəzində yeni bir mədəniyyət ocağının  - 1000 yerlik Yaşıl teatrın açlışından böyük razılıq   qürur hissi duydular. Ucqar dağ rayonunda belə bir möhtəşəm teatrın tikilib istifadəyə veriləcəyini vaxtilə xəyala belə gətirmək olmazdı. Tədbirə hər cür şəraiti rahatlığı olan Yaşıl teatrda keçirilən konsertlə yekun vuruldu.

 

Polad QASIMOV,

əməkdar mədəniyyət işçisi

 

Azərbaycan. - 2014.- 23 avqust.- S. 6.