Prezident İlham Əliyev Polşanın Azərbaycandakı səfirini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Labendanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan. - 2014.- 26 avqust.- S.1.