Müdafiə Nazirliyinin
hərbi hissə və birləşmələrində
andiçmə mərasimi keçirilib
Avqustun
24-də Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində
gənc əsgərlərin andiçmə mərasimi
keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, mərasimlərdə əvvəlcə döyüş bayrağı sıra meydanına gətirilib, dövlət himni oxunub. Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Mərasimlərdə hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak ediblər. Çıxış edənlər gənc əsgərlərə nümunəvi xidmət etməyi, silah və hərbi texnikanın sirlərinə dərindən yiyələnməyi, Vətən qarşısındakı borclarını layiqincə yerinə yetirməyi, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olmağı tövsiyə ediblər.
Daha sonra konsert proqramı nümayiş etdirilib.
Mərasim iştirakçıları hərbi
hissələrdə yaradılmış şəraitlə
tanışlıq olublar.
Azərbaycan. - 2014.- 26 avqust.- S. 4.