Tur-aksiyanın iştirakçıları
arasında Kürdəmir məktəbliləri də var
Kürdəmir
rayonunun məktəblilərini təmsil edən qrup da “Ölkəmizi
tanıyaq” maarifləndirici tur-aksiyasının
iştirakçıları sırasına qoşuldu.
AzərTAc xəbər verir ki, avqustun 22-də Kürdəmir şəhərindəki Heydər Əliyev parkında rayon məktəblilərində ibarət qrupun İsmayıllı- -Qəbələ-Şəki marşrutu ilə dörd günlük ekskursiyaya yola salınmasına həsr olunmuş mərasim keçirildi.
Mərasimin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin parkdakı abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoydular.
Rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli mərasimdə çıxış edərək dedi ki, Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə həyata keçirilən maarifləndirici tur-aksiya gənclərimizin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasında, onların dünyagörüşünün artırılmasında mühüm əhəmiyyət kəsb edir. Bu tur-aksiya respublikamızın hər yerində olduğu kim, rayonumuzda da rəğbətlə qarşılanıb.
Mərasim iştirakçıları ekskursiyanın iştirakçısı olan məktəblilərə mənalı istirahət arzuladılar.
Sonra tur-aksiya
iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusla
İsmayıllı-Qəbələ-Şəki istiqamətində
yola düşdülər.
Azərbaycan. - 2014.- 23 avqust.- S. 8.