Naftalanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasında

 

Avqustun 25-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulan Naftalan şəhəri məktəblilərindən ibarət qrupun İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyaya yola salınmasına həsr olunmuş mərasim keçirilib.

Naftalan Şəhər İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, 45 nəfər əlaçı şagirddən, müəllim, həkim, bələdçi və rəhbər işçidən ibarət qrupun yola salınması mərasimində çıxış edənlər ekskursiyanın iştirakçılarına mənalı səyahət arzulayıblar.

Mərasim başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılmış avtobusla İsmayıllı-Qəbələ-Şəki marşrutu istiqamətində yola düşüblər.

Naftalanlı məktəblilər üz tutduqları şəhər və rayonlarda tarixi abidələr, muzeylər, parklar və digər gəzməli-görməli yerlərlə tanış olacaqlar.

 

Azərbaycan. - 2014.- 26 avqust.- S. 7.