Dərs prosesində xəritə üzərində
xəyalən səfər etdiyimiz yerlərlə
bu gün yaxından
tanış oluruq
Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyada iştirak etdiyim üçün çox şadam. İlk dəfədir ki, Azərbaycanın şimal bölgəsinə gəlmişəm. Dərs prosesində xəritə üzərində xəyalən səfər etdiyimiz yerlərlə bu gün yaxından tanış oluruq.
Samux rayonunun Yuxarı Ağasıbəyli kənd tam orta məktəbinin X sinif şagirdi Nigar Ağalı AzərTAc-a müsahibəsində tur aksiyadan məmnunluğunu ifadə etdi. Məktəbli bildirdi ki, ölkəmizin şimal bölgəsinə səfərin ilk günündə “Qədim Şabran” şəhərinin qalıqları ilə yaxından tanış olduq. Həmin ərazidə arxeoloji qazıntılar aparılır. Torpağın altında böyük bir sivilizasiya gizlənir. Qazıntılar nəticəsində aşkarlanan tapıntılara baxanda anlayırsan ki, yurdumuzun tarixi çox qədimdir.
Avqustun 25-də Qusarın
görməli yerlərində olduq.
Buranın təbiəti çox mənzərəlidir.
Nə vaxtsa bu rayona turist kimi
də gəlmək istəyirəm. Şahdağ
Qış-Yay Turizm Kompleksində ailəlikcə
dincəlmək üçün hər bir şərait var.
“Ölkəmizi tanıyaq” devizi ilə
keçirilən bu maarifləndirici
tur-aksiyanın təşkilatçılarına minnətdaram.
Azərbaycan. - 2014.- 26 avqust.- S. 7.