Ekskursiyadan zəngin təəssüratlarla dönəcəyimizə əminik

 

Doğma şəhərim Bərdənin gözəlliyi ilə fəxr edirəm. Ancaq bilirəm ki, səfər edəcəyimiz İsmayıllı, Qəbələ və Şəki rayonları da öz gözəlliyi, qədim tarixi və abidələri ilə bütün dünyada məşhurdur.

Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Bərdə şəhər 3 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Aytac Həşimova AzərTAc-a müsahibəsində dedi. Bildirdi ki, biz məktəbliləri çox maraqlı bir səfər gözləyir. Ekskursiyadan çox şey öyrənəcəyik. Səfərdən zəngin təəssüratlarla dönəcəyimizə əminik.

 

Azərbaycan. - 2014.- 26 avqust.- S. 7.