Prezidentin Mətbuat Xidmətinin məlumatı
Avqustun 26-da Türkiyə
Respublikasının XI Prezidenti
Abdullah Gül Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevə
telefonla zəng etmişdir.
Abdullah Gül prezidentlik
fəaliyyəti dövründə
Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin
bütün sahələrdə
uğurlu inkişafından
məmnunluğunu ifadə
etmiş, bu əlaqələrin inkişafında
Azərbaycan Prezidenti İlham Əliyevlə olan şəxsi dostluq münasibətlərinin
rolunu xüsusi vurğulamışdır.
Xoş sözlərə görə Abdullah
Gülə minnətdarlığını bildirən Prezident İlham Əliyev
Azərbaycan ilə Türkiyə arasında strateji
tərəfdaşlığa əsaslanan dostluq
münasibətlərinin möhkəmləndirilməsində Abdullah Gülün xidmətlərini
xüsusi vurğulamış, ölkələrimiz
arasında ikitərəfli əlaqələrin bundan sonra da
daim yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə
etmişdir.
Azərbaycan. - 2014.- 27 avqust.- S.1.