Moldova Respublikasının
Prezidenti Zati-aliləri
cənab Nikolaye Timoftiyə
Hörmətli cənab Prezident,
Moldova Respublikasının milli bayramı – Müstəqillik günü
münasibətilə Sizi
və xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı
ənənəvi dostluq
və əməkdaşlıq
münasibətlərinin hərtərəfli
və dinamik inkişafı, əlaqələrimizin
daha da genişlənməsi
yolunda bundan sonra da birgə
səylər göstərəcəyik.
Bu əlamətdar gündə
Sizə ən xoş arzularımı yetirir, dost Moldova xalqına
əmin-amanlıq və
firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 avqust 2014-cü il.
Azərbaycan. - 2014.- 27 avqust.- S.1.