Azərbaycan-Litva əlaqələri bütün sahələrdə uğurla inkişaf edir
Avqustun
26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Litvanın ölkəmizə yeni təyin olunmuş səfiri
Valdas Lastauskas ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, V.Lastauskas etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.
Azərbaycanın xarici işlər naziri yeni təyinatı münasibətilə səfiri təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. E.Məmmədyarov Azərbaycan ilə Litva arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
V.Lastauskas səfir kimi iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə ikitərəfli siyasi, iqtisadi, mədəni,
humanitar və elmi əlaqələrin
inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan. - 2014.- 27 avqust.- S.4.