Havaların istiquraq keçməsi kənd təsərrüfatı işlərinə təsirsiz ötüşmür

 

Builki istilər hamını karıxdırıb. İstər şəhərlərdə, istərsə kəndlərdə adamlar çox vaxt 35 dərəcədən aşağı düşməyən havalarda daldalanmağa sərin bir yer axtarırlar. Amma daldalanmaq da çarə deyil - işlər tökülüb qalır. Xüsusən iş-gücü çöldə, açıq havada olanlar sözün həqiqi mənasında odla su arasındadırlar. Necə deyərlər, işləyirsən canın gedir, işləmirsən malın...

Məlumdur ki, kənd təsərrüfatı işləri havadan birbaşa asılı olan azsaylı fəaliyyət sahələrindəndir. Toxumun səpilməsindən becərmə yığımadək bütün işlər həm hava şəraitindən asılıdır. Odur ki, bütün mövsüm boyu kənd adamının bir əli torpaqda, bir əli göydə qalır. İllah da əkin sahəsi dəmyədirsə. Lakin havalar quraq keçəndə suvarılan torpaqların da su sarıdan problemi az olmur. Çaylar quruduğundan kanallarda suyun səviyyəsi aşağı düşür, hər yerə yetərincə su çatdırmaq mümkünsüzləşir. Elə yağıntının lazım olmayan vaxtda, yaxud normadan artıq düşməsi əkinçinin əziyyətini, gözləntisini heç edir. Bunlar da heç oldusa, kəndlinin təknəsi çörəksiz qalır.

Bu gün isə dünyanı narahat edən təkcə regional münaqişələr yox, həm müxtəlif səbəblərdən yaranan çörəksiz təknələr, daha doğrusu, ərzaq qıtlığı probleminin ildən-ilə kəskinləşməsidir. Bəlkə indiki bolluqda belə bir problemin mövcudluğu bəzilərinə inandırıcı görünməyə bilər. Amma qlobal iqlim dəyişikliklərinin fəsadlarını, sənayeləşmənin getdikcə daha çox əraziləri "işğal" etməsini, regional münaqişələrin vətəndaş müharibələrinin xüsusən kənd əhalisini əkin-biçin yerlərindən qaçqın salmasını digər amillər nəzərə alınarsa, ərzaq qıtlığı probleminin nəinki mövcudluğuna, hətta ciddiliyinə şübhə yeri qalmır.    

Bu problemin tam ciddiliyi ilə mövcudluğuna şübhə yeri qoymayan səbəblərdən biri müxtəlif ölkələrdə ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı görülən tədbirlərdir. Bu mənada Azərbaycan da istisna deyil. Ümumiyyətlə, Azərbaycan dünyada aqrar sektorun inkişafı, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün çoxsaylı güzəştlərin edildiyi azsaylı ölkələrdəndir. Vaxtı ilə daha çox aqrar diyar kimi formalaşmış Azərbaycanda sonralar müxtəlif səbəblərdən bu sahəyə diqqət azalmış respublika əhalisinin mühüm ərzaq məhsullarına olan tələbatı əsasən idxal hesabına ödənmişdir. Belə asılılıq keçmiş SSRİ dövründə, yəni, vahid ölkə məkanında mərkəzin düşünülmüş aqrar siyasəti olaraq respublikamız üçün qəbahət təhlükəli sayılması da, bu gün - ərzaq çatışmazlığının dünyanın başının üstünü kəsdiyi vaxtda artıq müstəqilliyini bərpa etmiş Azərbaycan üçün qəbuledilən hal deyil. Məhz qeyd etdiyimiz güzəştlər (yanacaq, gübrə, texnika alınması üçün dövlət büdcəsi hesabına olunan güzəştlər, taxıl əkənlərə hər hektara görə verilən subsidiya, cüzi torpaq vergisindən savayı bütün vergilərdən azad olmaq s.), eləcə sahənin inkişaf etdirilməsi üçün qəbul olunan dövlət proqramları, Prezident tərəfindən imzalanan sərəncamlar hökumətin gördüyü ardıcıl digər tədbirlər bu cür haldan qurtulmağa, başqa sözlə desək, ölkə əhalisinin əsas ərzaq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənməsinin təminatına yönəlib. Çox sevindirici haldır ki, bu tədbirlər nəticəsiz qalmır. Sadəcə, ərzaq məhsullarının satışı ilə məşğul olan ticarət obyektlərinin piştaxta, vitrin soyuducularına nəzər salmaq kifayətdir ki, həmin nəticələrin şahidi olaq. Bəli, bu gün aqrar sektorumuz ərzaq məhsulları üzrə emal sənayemiz ölkə əhalisini ət süd məhsullarından tutmuş meyvə tərəvəzədək əsasən təmin edir. Keyfiyyət sarıdan da öz məhsullarımız analoji idxal mallarından geri qalmır, əksinə, onlardan yaxşıdır ki, pis deyil. Belə olmasaydı Azərbaycanın ixracatında ərzaq kənd təsərrüfatı məhsullarının xüsusi çəkisi ilbəil artmazdı. Təkcə cari ilin yanvar-iyun aylarında ölkəmizdən xaricə ixrac edilmiş təzə tərəvəz 12,5, təzə meyvə 23,6, marqarin qida üçün digər yararlı qarışıqlar 24,3 faiz çoxalmışdır. Bu gün Azərbaycanın ixrac etdiyi məhsulların arasında ən müxtəlif çeşidli konservlər, meyvə şirələri, bitki yağları, şəkər kimi yaxın vaxtlaradək xaricdən alınan ərzaqlar var.

İndi budur, növbəti kənd təsərrüfatı mövsümü başa çatır. Kimi çəkdiyi zəhmətin xərcini-qazancını hesablayır, kimi hələ əməyinin bəhrəsini dərir, kimi gələn ilin məhsulunun təməlini qoyur. Bəs, bu barədə statistika deyir? Yəni, əlverişli əlverişsiz hava şəraiti kənd təsərrüfatına verib, ondan alıb, əkinçinin, maldarın hansı ümidləri doğrulub, hansı daşa dəyib? 

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, cari ilin yanvar-iyul aylarında ölkə üzrə 2 milyard 990 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulların sabit qiymətlərlə dəyəri 4,2, o cümlədən bitkiçilik məhsulları üzrə 10,8 faiz azalmış, heyvandarlıq məhsulları üzrə 3 faiz artmışdır. DSK-nın hesabatında bildirilir ki, keçən ilin payızında əkilmiş 991 min hektar taxıl sahəsinin 44,2 min hektarı tamamilə tələf olmuş, 3,7 min hektarı yem üçün istifadə edildikdən sonra yerinə payızlıq bitkilər əkilmiş, 7,8 min hektarı isə yem üçün saxlanılmışdır.

Hazırda ölkədə kənd təsərrüfatı məhsullarının kütləvi yığımı davam edir. Avqustun 1-nə olan vəziyyətə görə, 948,5 min hektar dənli bitkilərin (qarğıdalıdan başqa) sahəsi biçilib döyülmüş həmin sahələrdən ilkin çəkidə 2 milyon 162,6 min ton taxıl mədaxil olunmuşdur (bu, ötən ilin eyni dövründəkindən 542,4 min ton azdır). Hər hektardan orta hesabla 22,8 sentner məhsul götürülmüşdür. Qarğıdalı da daxil olmaqla taxıl istehsalının ümumi həcmi 2 milyon 176,3 min ton təşkil etmişdir.

Bundan əlavə, mövsüm ərzində sahələrdən 466,1 min ton kartof, 717,8 min ton tərəvəz, 325,1 min ton bostan məhsulları toplanmışdır. Ötən ilin eyni dövrünə nisbətən bostan məhsulları istehsalı 9,4 faiz artmış, kartof tərəvəz istehsalı müvafiq olaraq 14,5 1,4 faiz azalmışdır. Kartof üzrə məhsuldarlıq 16 sentner azalsa da, bostan məhsulları üzrə bu göstərici 12 sentner artmışdır. Tərəvəz üzrə  məhsuldarlıq isə dəyişməmişdir. Avqustun 1-dək həmçinin 3,6 min ton (keçən ilin eyni dövründəkindən 51,2 faiz çox) dən üçün günəbaxan 1,2 min ton (13,1 faiz az) qurudulmuş çəkidə tütün yarpağı istehsal olunmuşdur.

Bu il meyvə üzüm istehsalında artım var. Belə ki, hesabat dövrünədək bağlardan 176,6 min ton, yaxud keçən ildəkindən 5,8 faiz çox meyvə giləmeyvə, 3174 ton (7,2 dəfə çox) üzüm toplanmışdır. Hesabat dövründə plantasiyalardan  yığılmış yaşıl çay yarpağının çəkisi isə 316,7 tona çatmışdır.

Heyvandarlıq məhsullarına gəldikdə, DSK-nın məlumatına əsasən, ötən 7 ay ərzində ölkə üzrə diri çəkidə 252,4 min ton mal-qara quş əti, 1 milyon 103,6 min ton süd, 889,1 milyon ədəd yumurta, 15,4 min ton yun istehsal edilmişdir. 2013-cü ilin eyni dövrünə nisbətən ət istehsalı 1,7, süd istehsalı 3,5, yumurta istehsalı 11,3, yun istehsalı 1,6 faiz artmışdır.

DSK-nın hesabatında həmçinin kənd təsərrüfatının avadanlıq texnika ilə təchizatına aid rəqəmlər açıqlanıb. Bildirilir ki, cari ilin birinci yarısında "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 68,5 milyon manatlıq 504 taxılyığan kombayn, 499 müxtəlif təyinatlı traktor, 355 kotan, 44 səpici aqreqat, 42 otbiçən, 30 çiləyici tozlayıcı, 15 gübrəsəpən maşın, 22 ot dırmığı s. satılmışdır.

 

R.MƏMMƏDOV

 

Azərbaycan. - 2014.- 27 avqust.- S.5.