BTC-nin
11 səhmdarından biri
– «KonokoFillips»
"KonokoFillips" Azərbaycana
bir sıra digər xarici şirkətlərdən gec
gəlib. O, Bakı-Tbilisi-Ceyhan layihəsinə
2002-ci ilin oktyabr ayında qoşulub. Həmin vaxt BTC Ko. şirkətindən 2,5 faiz iştirak payı əldə edib.
Bu gün "KonokoFillips"
Azərbaycanın neft
sektorunda yaxşı tanınan səhmdarlardan biridir. O, Azərbaycandan başqa
daha onlarca ölkədə çalışır.
Vətəni Amerika Birləşmiş
Ştatlarıdır. Mənzil qərargahı Texas ştatının
Hyüston şəhərində
yerləşir.
"KonokoFillips" beynəlxalq
çoxsahəli enerji
şirkətidir. Səhmlərinin ümumi qiymətinə,
aşkar edilmiş neft və qaz
ehtiyatlarına, karbohidrogen
hasilatının həcminə
görə ABŞ-da aparıcı yerlərdən
birini tutur. Ölkədə eləcə də
ən iri neft emalı müəssisələrindən sayılır. "KonokoFillips"
həmçinin dünyada
ən iri qeyri-dövlət şirkətləri
və emal müəssisələri sırasında dayanır.
Şirkət karbohidrogenlərin kəşfiyyatı
və hasilatı, həmçinin emalı, marketinqi, təchizatı və nəqli ilə məşğul olur. Bundan əlavə, cari
və gələcək
inkişaf üçün
imkanları təmin edən, texnoloji həll yolları, maye qazın istehsalı, elektroenergetika
və ən son texnologiyalar kimi bir sıra yeni
layihələrə sərmayə
qoyuluşu ilə məşğuldur.
Bu gün Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin uğurla fəaliyyət göstərməsində "KonokoFillips"in
də layiqli payı var.
Xatırladaq ki, 1768 kilometr uzunluğa malik BTC boru kəməri
2006-cı ilin ortalarında istismara verilib. Layihənin əməliyyatçısı BP şirkətinin məlumatına
görə, həmin vaxtdan etibarən BTC vasitəsilə nəql edilmiş ümumilikdə
təxminən 2 milyard
barel (263 milyon ton ) xam neft
Ceyhanda 2 580 tankerə
yüklənib və dünya bazarlarına göndərilib.
"KonokoFillips" layihədəki
digər tərəfdaşlarla
birlikdə kəmərboyu
ərazilərdə həyata
keçirilən "Davamlı
inkişaf təşəbbüsləri"
adlı sosial proqramlarda da fəal iştirak edir.
Azərbaycan. - 2014.- 27 avqust.- S.5.