Bərdə və Naftalan
məktəbliləri Qəbələdə
“Ölkəmizi
tanıyaq” maarifləndirici tur-aksiyasının Bərdə
rayonundan və Naftalan şəhərindən olan
iştirakçıları İsmayıllı ilə
tanışlıqdan sonra avqustun 25-də axşam
saatlarında Qəbələyə gəldilər.
AzərTAc xəbər verir ki, Qəbələdəki “Qafqaz Yeddi Gözəl” otelində yüksək səviyyədə qarşılanan və yerləşdirilən şagirdlər proqrama uyğun olaraq avqustun 26-da rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələri, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar.
Əvvəlcə şagirdlərə İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə təşkil edilən və maarifləndirici xarakter daşıyan bu tur-aksiyanın əhəmiyyəti barədə geniş məlumat verildi. Sonra Bərdə və Naftalanın orta ümumtəhsil məktəblərini təmsil edən 80 şagird musiqili-əyləncəli tədbirə qatıldı.
Şagirdlərə Qəbələnin
tarixi, coğrafiyası, turizm
obyektləri, tarixi-mədəni abidələri haqqında məlumat
verildi, onların sualları
cavablandırıldı. Sonra şagirdlərin
iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar
keçirildi, musiqili-əyləncəli
gecə təşkil olundu.
Azərbaycan. - 2014.- 27 avqust.- S. 7.