Yollar ekskursiya
iştirakçılarının ölkənin qərb
bölgəsinə aparır
Avqustun
25-də səhər saatlarında Cəlilabad rayonunun rəhbərliyi,
müəllimlər, valideynlər və ictimaiyyətin
nümayəndələri “Ölkəmizi tanıyaq” layihəsi
çərçivəsində təşkil olunmuş
tur-aksiyasının Cəlilabad rayonundan olan
iştirakçılarını Gəncə-Şəmkir-Göygöl
marşrutu istiqamətində yola salmaq üçün şəhərin
Heydər Əliyev parkına toplaşmışdılar.
AzərTAc xəbər verir ki, tur-aksiyanın iştirakçıları parkda Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Onlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış oldular.
Qrupun rəhbəri Eminağa İsbarov dörd gün davam edəcək tur-aksiyanın iştirakçılarının Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlarını vurğuladı.
Tur-aksiyanın digər iştirakçıları-Cəlilabad şəhərindəki 1 nömrəli məktəb-liseyin direktoru Gültəkin Ağayeva, Babalı kənd tam orta məktəbinin XI sinif şagirdi Afiəddin Feyziyev, şəhər 8 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Afaq Abdıyeva və başqaları da sevinclərini bölüşərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Məktəblilər mərasim
iştirakçılarının xeyir-duası ilə onlar üçün
ayrılmış xüsusi avtobusla müəyyən edilmiş
marşrut üzrə ölkənin qərb
bölgəsinə yola düşdülər.
Azərbaycan. - 2014.- 27 avqust.- S. 7.