R.B.Mobilinin «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Robert Baqratoviç Mobili "Şöhrət" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2014-cü il

Azərbaycan.- 2014.- 28 avqust.- S.1.