Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
¹ 292 Bakı
şəhəri, 26 avqust
2014-cü il
"Qeyri-hökumət
təşkilatları tərəfindən
mədəniyyət sahəsində
keçirilən tədbirlərin
dövlət maliyyələşdirilməsi
Qaydası"nın təsdiq edilməsi barədə
"Mədəniyyət haqqında"
Azərbaycan Respublikasının
2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.18-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
"Qeyri-hökumət təşkilatları tərəfindən
mədəniyyət sahəsində
keçirilən tədbirlərin
dövlət maliyyələşdirilməsi
Qaydası" təsdiq
edilsin (əlavə olunur).
Artur
RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2013-cü il 26 avqust tarixli 292 nömrəli qərarı
ilə təsdiq edilmişdir
Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət
sahəsində keçirilən
tədbirlərin dövlət
maliyyələşdirilməsi
Q A Y D A S I
1. Ümumi
müddəalar
1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il
21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun (bundan sonra - Qanun) 45.2-ci maddəsinə
uyğun olaraq hazırlanmışdır və
qeyri-hökumət təşkilatları
(bundan sonra-QHT) tərəfindən mədəniyyət
sahəsində Qanunun
45.3-cü maddəsində nəzərdə
tutulmuş tədbirlərin
dövlət büdcəsindən
maliyyələşdirilməsi məsələlərini tənzimləyir.
1.2. QHT-nin mədəniyyət sahəsində layihələri
Qanunun 21-ci maddəsində
göstərilən təşkilati
tədbirlər vasitəsilə həyata keçirilir.
1.3. Dövlət büdcəsinin
vəsaitləri hesabına
QHT-lər tərəfindən
həyata keçirilən
mədəniyyət tədbirləri
Qanunun 4-cü maddəsi
ilə müəyyən
edilən mədəniyyət
sahəsində dövlət
siyasətinin prinsiplərinə
uyğun olmalıdır.
1.4. Dövlət büdcəsinin
vəsaitləri hesabına
QHT-lər tərəfindən
mədəniyyət tədbirinin
həyata keçirilməsi
ilə bağlı tələb olunan xərclər Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi (bundan sonra – Nazirlik) ilə QHT-lər arasında imzalanacaq qrant müqaviləsi əsasında maliyyələşdirilir.
2. Nazirlik tərəfindən
müəyyən edilən
tədbirlər
2.1. Mədəniyyət sahəsində
QHT-nin fəaliyyətinin
dəstəklənməsi məqsədi
ilə hər il yanvarın
31-dək Nazirlik tərəfindən
tədbirlər müəyyən
edilir. Bu tədbirlərin
siyahısı və həmin tədbirlərdə
iştirak etmək niyyətində olan QHT-lər arasında müsabiqənin keçirilməsi
barədə elan vəmüsabiqə şərtləri
3 (üç) iş günü müddətində
Nazirliyin rəsmi elektron saytında dərc edilir.
2.2. Müsabiqədə iştirak
etmək istəyən
QHT-lər hər il martın
1-dək ərizələrini müsabiqənin şərtlərinə
uyğun aşağıdakı
sənədlərlə birlikdə
Nazirliyə təqdim edirlər:
2.2.1. QHT-nin dövlət qeydiyyatına alınması
barədə hüquqi
şəxslərin dövlət
reyestrindən çıxarışın
surəti;
2.2.2. tədbirin keçirilməsi
nəzərdə tutulan
mədəniyyət sahəsində
mövcud vəziyyətin
təhlili;
2.2.3. tədbirlə bağlı qarşıya
qoyulan vəzifələrin
əhatə olunması
və gözlənilən
nəticələr barədə
qısa məlumatlar;
2.2.4. tədbirin keçiriləcəyi
yer və tarix;
2.2.5. tədbirin keçirilməsi
ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı
sənədlərlə birlikdə);
2.2.6. tədbirin təşkilatçıları
və iştirakçıları
ilə bağlı məlumatlar.
2.3.Ərizələr Nazirliyə daxil olduğu gün qeydiyyata alınır və təqdim edilmiş sənədlərin düzgünlüyünün
və tamlığının
yoxlanılması üçün
müvafiq şöbəyə
təqdim edilir.
2.4. Sənədlərdə çatışmazlıqlar
aşkar etdikdə, 5
(beş) gün müddətində
bu barədə QHT-lərə məlumat verilir. QHT-lər
göstərilən çatışmazlıqları
aradan qaldırdıqdan
sonra sənədlərin
qəbulu üçün
müəyyən olunmuş
müddətdə onları
yenidən təqdim edə bilərlər.
2.5. Müsabiqə iştirakçılarının
təkliflərinin qiymətləndirilməsi
məqsədi ilə Nazirlik tərəfindən
ictimai əsaslarla fəaliyyət göstərən
Müsabiqə Komissiyası
(bundan sonra – Komissiya) yaradılır.
2.6. Komissiya 9 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
Komissiyanın 3 üzvü
mədəniyyət sahəsində
fəaliyyət göstərən
QHT-lər tərəfindən
irəli sürülmüş
namizədlər, digər
6 üzvü isə Nazirlik tərəfindən
irəli sürülmüş
namizədlər sırasından
Azərbaycan Respublikasının
mədəniyyət və
turizm naziri tərəfindən təyin
edilir.
2.7. Komissiyanın üzvlüyünə
namizədlər ali təhsilli, mədəniyyət sahəsində
nüfuza və yüksək mənəvi
dəyərlərə malik
olan şəxslər
olmalıdırlar.
2.8. Komissiyanın hər bir üzvü onun iclaslarında baxılan məsələlər
üzrə şəxsi
maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas
verə bilən hallar olduqda, bu barədə Komissiyanı məlumatlandırmalı
və qərarların
qəbul edilməsində
iştirak etməməlidir.
Belə əsaslar olduqda, Komissiyanın üzvünə
yazılı və ya şifahi formada əsaslandırılmış
etiraz edilə bilər.
2.9. Komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır,
qərarları sadə
səs çoxluğu
ilə qəbul edilir və protokolla rəsmiləşdirilir.
Komissiya öz iş qaydasını müəyyən edir.
2.10. Komissiya
QHT-lərin təkliflərini
15 (on beş) gün müddətində
qiymətləndirərək mədəniyyət sahəsi
üzrə qalibləri
və ikinci yer tutanları müəyyən edir. Komissiya təklifləri qiymətləndirərkən
ilk növbədə ən
aşağı maliyyə
tutumu olan və müsabiqə şərtlərində müəyyən
olunan tələblərə
cavab verən təkliflərə üstünlük
verir.
2.11. Müsabiqə qaliblərinin
siyahısı Nazirliyin
rəsmi elektron saytında dərc edilir və onlara müqavilələrin
bağlanılması üçün 5 (beş)
gün müddətində
yazılı dəvət
göndərilir.
2.12. Müsabiqənin qalibi müqaviləni 5 (beş) iş günü müddətində
imzalamadıqda və ya imzalamaqdan imtina etdikdə, ikinci yeri tutan
iştirakçı ilə
müqavilə bağlanılır.
3. QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi
nəzərdə tutulan tədbirlər
3.1. QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı ərizələr hər il mayın 1-dək bu Qaydanın 2.2.1-2.2.6-cı yarımbəndlərində göstərilən müvafiq sənədlərlə birgə Nazirliyə təqdim edilir.
3.2. Ərizələrin qəbulu və aşkar edilən çatışmazlıqların aradan qaldırılması bu Qaydanın 2.3-2.4-cü bəndlərinə müvafiq olaraq həyata keçirilir.
3.3. Qəbul edilən ərizələr barədə məlumat onların qəbul edildiyi tarixdən etibarən 1 gün sonra Nazirliyin rəsmi elektron saytında dərc edilir.
3.4. QHT-lərin təklifləri Komissiya tərəfindən ərizələrin qəbulu müddəti başa çatandan sonra 15 gün müddətində qiymətləndirilir. Qiymətləndirmə aparılarkən QHT-lərin bu sahədə təcrübəsi, təqdim edilən layihənin ictimai əhəmiyyəti, təkrarolunmazlığı, müvafiq mədəniyyət sahəsinin inkişafının təmin edilməsi, cəmiyyətin həssas üzvlərinin (qaçqınlar və məcburi köçkünlər, valideyn himayəsindən məhrum olan uşaqlar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar, tənha ahıl vətəndaşlar və s.) həmin tədbirdə iştirakı meyarları əsas götürülür, habelə onun maliyyə tutumu nəzərə alınır.
3.5. Komissiya QHT-nin təklifini müsbət qiymətləndirdikdə, onun maliyyə təminatı ilə bağlı xərclərin növbəti ilin dövlət büdcəsi layihəsində proqnozlaşdırılması barədə qərar qəbul edir. Həmin qərar bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
3.6. Komissiyanın qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.
4. Maliyyələşdirmə və nəzarət
4.1. Növbəti ildə QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulmuş tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi barədə Nazirliyin təklifi cari ilin iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilir.
4.2. QHT-lər tərəfindən mədəniyyət sahəsində keçiriləcək tədbirlərlə bağlı xərclər hər il dövlət büdcəsində Nazirliyin mərkəzləşdirilmiş xərclərində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.
4.3. QHT-lər tərəfindən mədəniyyət sahəsində tədbirlərin keçirilməsi üçün ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsinə Nazirlik nəzarət edir.
4.4. QHT-nin mədəniyyət sahəsində keçirdiyi tədbirlər, o cümlədən ayrılmış maliyyə vəsaitlərinin xərclənməsi barədə müsabiqə şərtlərində müəyyən edilmiş forma və qaydada Nazirliyə hesabat təqdim edilir.
4.5. QHT-lər tərəfindən mədəniyyət sahəsində həyata keçirilməsi planlaşdırılan tədbirlər baş tutmadıqda və ya onların keçirilməsi üçün ayrılmış vəsaitin müəyyən edilmiş məqsədlərə xərclənməsi mümkün olmadıqda və ya ayrılmış vəsaitə qənaət edildikdə, bu vəsait təxirəsalınmadan Nazirliyə qaytarılır.
Azərbaycan.-
2014.- 28 avqust.- S.1.