Prezident İlham
Əliyev Beyləqanda Gənclər Mərkəzinin
açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, mərkəzin binasının inşasına 2013-cü ilin mayında başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə həyata keçirilib. İkimərtəbəli binada gənclər üçün hərtərəfli şərait yaradılıb.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin Beyləqana səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Burada, həmçinin Prezident İlham Əliyevin rayona səfərlərini və gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət stend var.
Mərkəzdə gənclər kafesi, tir atıcılıq mərkəzi, karaoke, 3D kino zalları fəaliyyət göstərəcək. Binadakı 120 yerlik iclas və 14 yerlik akt zallarında gənclərin müxtəlif toplantı və görüşlərinin keçirilməsi üçün bütün şərait var. Bu zallarda rayonda qeyd edilən əlamətdar günlərlə bağlı tədbirlər keçirmək də mümkün olacaq. Burada yaradılan elektron kitabxana, oxu zalı, linqafon otağı, internet kafe, bədii gimnastika və rəqs zalları da gənclərin ixtiyarına veriləcək.
Prezident İlham Əliyev mərkəzdə rayon gəncləri və ictimaiyyətin nümayəndələri ilə görüşdü.
Müəllimə Aytən Mirzəyeva, məktəb direktoru Əziz Əkbərov gənclərimizə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.-
2014.- 29 avqust.- S.1.