Türkiyənin tanınmış opera ifaçısı Azərbaycanda mükafatlandırılıb

 

 

Türkiyənin Azərbaycanda yaşayıb fəaliyyət göstərən tanınmış opera ifaçısı Oya Ergün ölməz sənətkarımız Rəşid Behbudovun mahnılarından ibarət hazırladığı "Sevgilim" albomuna görə mükafatlandırılıb.

Tanınmış opera ifaçısının Rəşid Behbudovun mahnılarından ibarət albomu Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə hazırlanıb. Qeyd edək ki, Oya Ergünün layiq görüldüyü  "İlin favoriti" mükafatı mədəniyyət, incəsənət, KİV və biznes sahələrində uğurları ilə seçilən insanlara təqdim edilir.

 

"Azərbaycan"

Azərbaycan.- 2014.- 29 avqust.- S.6.