Prezident İlham Əliyev Horadiz tikiş fabrikinin
açılışında iştirak edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev avqustun 28-də Horadiz tikiş
fabrikinin açılışında iştirak edib.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, fabrikdə işçilərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Müasir texnika və dəzgahların quraşdırılması keyfiyyətli məhsul istehsalına geniş imkanlar açır. Bu fabrikdə ilkin dövrdə məktəbli formalarının və hərbçi geyimlərinin istehsalı həyata keçiriləcək. Məhsullar daxili bazara yönəldiləcək. Təxmini hesablamalara görə müəssisənin ilkin mərhələdə illik dövriyyəsi 2 milyon manat təşkil edəcək. Fabrikdə açılan yeni iş yerlərinin sayı hazırda 100-ə çatır. Yaxın gələcəkdə bu rəqəmin bir qədər də artırılması diqqət mərkəzindədir.
Bütün
bunlar bir daha Prezident İlham Əliyevin rəhbərliyi altında
ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata
keçirilən siyasətin artıq uğurlu
nəticələr verdiyini təsdiqləyir.
Bu, bir
reallığı da nümayiş
etdirir ki, Azərbaycan
iqtisadiyyatının neftdən asılılığı tədricən
aradan qaldırılır və yeni istehsal sahələrinin
yaradılması ilə ölkəmizin iqtisadi
qüdrəti daha da
möhkəmləndirilir.
Azərbaycan.
- 2014.- 30 avqust.- S.4.