Horadiz şəhərində
Bayraq Meydanında yaradılan şəraitlə
tanışlıq
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev avqustun 28-də Horadiz şəhərində
Bayraq Meydanında yaradılan şəraitlə tanış
olub.
Dövlətimizin
başçısına məlumat verildi ki, 10 hektar ərazidə
salınan Bayraq Meydanından bütün Horadiz şəhəri
görünür. Burada
geniş yaşıllaşdırma və
abadlıq işləri görülüb.
Meydana qalxmaq üçün sağ və
sol tərəflərdə hər biri 287 pillədən ibarət olan
sütunlu pilləkən tikilib.
Əraziyə avtomobil yolu
çəkilib və dayanacaq inşa olunub. Bayraq dirəyinin yerdən hündürlüyü
68 metrdir və demək olar
ki, bütün ətraf
ərazilərdən aydın görünür.
Meydanın əhəmiyyətini artıran mühüm
amillərdən biri də burada
3 istirahət guşəsinin yaradılmasıdır. Beləliklə,
Horadizdəki Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı da öz möhtəşəmliyi
ilə diqqəti cəlb edir.
Azərbaycan.
- 2014.- 30 avqust.- S.4.