Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində inşa
olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının
açılışı olub
Avqustun 28-də Azərbaycan
Respublikasının Prezidenti İlham ƏIiyev Heydər
Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində
inşa olunan 2 nömrəli körpələr evi-uşaq
bağçasının açılışında
iştirak edib.
Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsdi.
İkimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və
gələcəyin sağlam vətəndaşı
kimi yetişmələri üçün
hər cür şərait
yaradılıb. Burada müasir
təlim-tərbiyə qaydalarına riayət olunmaqla
4 qrup yaradılıb və bağçada uşaqların istirahəti üçün geniş imkanlar var. Uşaqların
günün yarısını bağçada keçirmələri nəzərə
alınaraq bu məktəbəqədər
təhsil ocağında da onların
keyfiyyətli təlim-tərbiyəsi vacib
amil kimi götürülüb. Uşaqların ilk yaşlarından intellektual,
fiziki və əqli inkişafı,
onların istedad və qabiliyyətlərinin
üzə çıxarılması,
sağlamlıqlarının qorunması, insanlarla
ünsiyyətin qurulması diqqət mərkəzində
saxlanılır. Bu məqsədlə müasir sinif otaqları
yaradılıb və bütün zəruri
ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir.
Bundan əlavə, onların məntiqi və
əqli imkanlarının inkişaf
etdirilməsi məqsədilə rəsm otağı qurulub. Bağçanın ərazisi
abadlaşdırılıb, yaşıllıq zolaqları
salınıb.
Azərbaycan.
- 2014.- 30 avqust.- S.4.