Gənclər və idman nazirinin qəbulunda vətəndaşları
narahat edən bir
sıra məsələlər yerindəcə həllini
tapdı
Prezident İlham Əliyevin
tapşırığına əsasən, mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşların qəbulunu keçirir, onların
müxtəlif məsələlərlə bağlı
müraciətlərinin həllinə kömək edirlər.
AzərTAc xəbər verir ki, növbəti belə qəbul avqustun 29-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirildi. Gənclər və idman naziri Azad Rəhimov Mingəçevir şəhərindən, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayonlarından olan vətəndaşları qəbul etdi.
Vətəndaşlar daha çox təmsil etdikləri bölgələrdə idman bölmələrinin açılması, kəndlərdə idman zallarının və futbol meydançalarının tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması, güzəştli ipoteka krediti, işlə təmin olunmaq, gənclər təşkilatlarının yaradılması və qeydiyyata alınması, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün Gənclər mərkəzlərinin inşası və digər məsələlərlə bağlı müraciət etdilər.
Gənclər və İdman Nazirliyinin müvafiq şöbələrinin, struktur qurumlarının və tabeliyində olan təşkilatların rəhbərlərinin də iştirak etdikləri qəbulda Azad Rəhimov gün ərzində 40-dan çox vətəndaşın müraciətinə baxdı.
Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapdı, Gənclər və İdman Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alındı.
Sonra nazir
Azad Rəhimov Mingəçevir şəhərinin,
Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar,
Zərdab, Yevlax və Ağsu
rayonlarının gənclər və idman
idarələrinin rəisləri ilə də görüşərək
onlara qəbulun yekunları ilə
bağlı müvafiq tapşırıqlar
verdi.
Azərbaycan.
- 2014.- 30 avqust.- S.9.