Amerikalı xoreoqraf
Bakıda “Müasir rəqs
üsulları” layihəsini təqdim edib
“YARAT” Müasir İncəsənət
Məkanının təşkilatçılığı ilə
Beynəlxalq Muğam Mərkəzində amerikalı xoreoqraf
Valeri Qrin “Müasir rəqs üsulları” layihəsini təqdim
edib.
AzərTAc xəbər verir ki, layihə gənc rəqqas, xoreoqraf, aktyor və rejissorlara müasir rəqs texnikasının maraqlı aspektlərini aşılayır.
Valeri Qrin 19 ildir ki,
“New York City” Rəqs Cəmiyyətində
xoreoqrafiya müəllimidir. 2005-ci ildə “Dance Entropiya” adlı özəl şirkətini yaradan xoreoqraf artıq 28 rəqs və 6 rəqs kompozisiyanın müəllifidir. Onun xoreoqrafik
variasiyaları Nyu-Yorkda
tamaşaya qoyulur və dünyanın müxtəlif yerlərinə
səyahət edir.
Layihənin təqdimatından bir gün əvvəl Valeri Qrin Bakıda
müasir rəqslər
üzrə ustad dərsləri də keçib. Bu dərslərdə
xoreoqrafın “Body Mind Fitness” sertifikatı ilə təsdiq olunmuş təcrübəsindən istifadə
edilib. Təlimlər fitri spiral və
sümük ritmlərinin
məntiqi uyğunlaşmasını
vurğulayaraq, bədən
mexanikasının və
sinir-əzələ sisteminin
təhlükəsiz şəkildə
istifadəsi ilə yönləndirilib.
Erik Havkinsin müasir rəqs metodikasından təsirlənən Valeri Qrinin rəqsləri bitkin, maraqlı hekayəni xatırladır. O, kompozisiyalarında həyatın dərin fəlsəfi anlarını, insan ömrünün yaradılışdan sonadək hərəkət trayektoriyasının xoreoqrafik həllini nümayiş etdirir. Bunun üçün rəqqas müxtəlif elementləri ifadə vasitələrinə, rəmzlərə çevirir.
Beynəlxalq Muğam Mərkəzində Valeri
Qrinin əsrarəngiz müasir
xoreoqrafiya texnikası üzərində qurulmuş rəqsləri
tamaşaçılara xoş anlar bəxş edib.
Azərbaycan.
- 2014.- 30 avqust.- S.12.