Yollar, yollar...
Rahat, rəvan yollar Azərbaycanda "ucqar kənd", "ucqar bölgə" anlayışlarını şüurlardan silməkdədir. Bir halda ki, dağların başında qərar tutan Xınalığa qədər hamar yollar uzanır, buna şəkk-şübhə yoxdur...
Son illərdə
köhnə yollar təmir olunub, yeniləri salınıb. Həm də
bu tədbirlər bütün kateqoriyadan olan yollarımızı əhatə edib. Abadlaşanı abadlaşıb, qalanları
isə yavaş-yavaş
öz görkəmini
dəyişir, hamarlaşır.
Yollar, yollar... Şəhəri kəndə, kəndi şəhərə qovuşdurur, vadilər boyu uzanır, meşələrin qoynundan keçir, dağların zirvəsinə qalxır. İnsanlara rahatlıq, məmnunluq gətirir.
Sosial-iqtisadi
inkişafımızın aynasıdır bu
yollar. "Abad oba yolundan bəlli olar" zərb-məsəli əbəs
yaranmayıb axı!.. İldən-ilə sayı çoxalan qonaqlarımıza Azərbaycan
haqqında ilk sözü
də məhz yollar deyir.
Azərbaycan.
- 2014.- 31 avqust.- S.1.