Almaniyanın “Zenith” jurnalı: “Ermənistan dilənir, Azərbaycan inkişaf edir”
Almaniyanın “Zenith” jurnalında “Ermənistan dilənir, Azərbaycan inkişaf edir” adlı məqalə dərc olunub.
Ermənistana səyahət etmiş jurnalist Ramon Şak məqalədə bu ölkə haqqında təəssüratlarını bölüşür. Müəllif səfər zamanı
Ermənistanda yerli insanlarla görüşdüyünü,
onları dinlədiyini
diqqətə çatdırır.
Yazıda Aram adlı
erməni gənc ölkənin xarici siyasəti haqqında bu sözləri deyir: “Ermənistan Türkiyə ilə dil tapmasa bizim
üçün çətin
olacaq. Azərbaycan ilə də
mütləq razılığa
gəlinməlidir. Azərbaycan inkişaf
etdikcə Ermənistan
dilənir”.
Müəllif qeyd edir ki,
Aramın söylədiyi
fikirlər söhbətin
getdiyi kafedə olan digər insanlar tərəfindən
də təsdiqlənirdi.
Məqalədə bildirilir ki, Ermənistan arxaik orijinallığını saxlayıb. Bu, ölkəyə səfər
edənlərə ekzotik
gələ bilər, amma yerli əhali
bunu ifrat kasıblıq kimi qəbul edir.
Müəllif, həmçinin təsərrüfat
üçün düzgün
istifadə edilmədiyinə
görə Sevan gölünün suyunun kəskin şəkildə
azaldığını qeyd
edir.
Yazıda Ermənistanda
maaş və sosial müavinətlərin çox
aşağı səviyyədə
olduğu, ölkənin
erməni diasporunun göndərdiyi vəsait hesabına yaşadığı
vurğulanır.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi
müxbiri
Berlin
Azərbaycan.
- 2014.- 31 avqust.- S.1.