Akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəz ukraynalı həmkarlarla əməkdaşlığı genişləndirir

 

Kiyevdə akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəz ilə Ukrayna Milli Tibb Elmləri Akademiyasının Mamalıq, GinekologiyaPediatriya İnstitutu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Sənədin imzalanma mərasimindən sonra Mamalıq, GinekologiyaPediatriya İnstitutunun direktoru akademik Yuri Antipkinakademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin rəhbəri, həmvətənimiz, tibb elmləri doktoru, professor Aydın Salmanov məruzələrlə çıxış ediblər.

A.Salmanov qeyd edib ki, imzalanmış sazişə əsasən, azərbaycanlı alimlər də cəlb edilməklə birgə elmi layihələr həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, Azərbaycan üçün mamalıq, ginekologiyapediatriya sahəsində elmi kadrlar hazırlanması, müştərək elmi konfranslar keçirilməsi, habelə dost ölkələrimizin müvafiq profilli institutları və tibb müəssisələri ilə birbaşa elmi əlaqələr yaradılması planlaşdırılır.

O xatırladıb ki, akademik Yuri Antipkin akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin Əlaqələndirmə Şurasının üzvüUkrayna ilə Azərbaycan arasında sıx, qarşılıqlı faydalı əməkdaşlığın fəal tərəfdarıdır. Bundan əlavə, institutun iki akademiki və 17 professoru yaxın gələcəkdə Kiyevdə nəşrinə başlanacaq Ukrayna-Azərbaycan beynəlxalq elmi-tibbi jurnalın redaksiya heyətinə daxildir.

Akademik Yuri Antipkin də ikitərəfli əməkdaşlığın möhkəmlənməsi və genişlənməsi işində parlaq perspektivlər açan bu sazişin imzalanmasının vacibliyinə əmin olduğunu bildirib. O, Azərbaycanda sosial-iqtisadi inkişafın səviyyəsini yüksək qiymətləndirib, respublikada müasir texnologiyalar əsasında həyata keçirilən infrastruktur layihələri, o cümlədən tibb müəssisələrinin tikintisini və onların müasir diaqnostika avadanlığı ilə təchiz edilməsinin əhəmiyyətini vurğulayıb.

Akademik Y.Antipkinprofessor A.Salmanov akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin (http://zarifacenter.org/) fəaliyyətini xüsusi qeyd ediblər. Nəzərdə tutulan layihələrin, o cümlədən müştərək tədbirlərin həyata keçirilməsinin, kadr mübadiləsinin, gənc alimlərə və aspirantlara birgə  elmi dəstək verilməsinin, kitab nəşrinin və digər tədbirlərin vacibliyi vurğulanıb.

Sonda hər iki tərəf qarşılıqlı faydalı münasibətlərin inkişafı üçün yaranan yeni imkanlardan məmnun olduqlarını bildirərək, Azərbaycanın və Ukraynanın müvafiq profilli institutlarını və tibb müəssisələrini əməkdaşlığa çağırıblar.

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Kiyev

 

Azərbaycan. - 2014.- 31 avqust.- S.8.