Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları üçün mükafatlar müəyyən edilib

 

Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

AzərTAc xəbər verir ki Sərəncama əsasən, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat məbləğində mükafatlar müəyyən edilib.

 

Azərbaycan. - 2014.- 31 avqust.- S. 8.