“Akkord” Korporasiyasının
müasir Asfalt zavodu istismara verilib
“Akkord” korporasiyası “Sənaye ili” çərçivəsində
yeni istehsalat obyektlərinin işə salınmasını davam etdirir.
“Akkord”un
mətbuat xidmətindən
AzərTAc-a bildiriblər
ki, korporasiya Balaxanı qəsəbəsində
inşa etdiyi müasir və yüksək istehsal həcminə malik yeni asfalt zavodunu
istismara verib.
Açılış mərasimində
korporasiyanın baş
direktoru Göksəl Aybek saatda 240 ton istehsal həcminə malik bu zavodun
ən müasir standartlara uyğun qurulduğunu və həm yüksək keyfiyyətli məhsul istehsalı, həm də yeni iş
yerlərinin yaradılması
baxımından əhəmiyyətini
vurğulayıb. Baş direktor
bildirib ki, ərazidə əvvəldən
mövcud olan “Kreqmaş” asfalt zavodu ilə birlikdə yeni zavodun saatda istehsal həcmi 360 ton olacaq. Bu isə
Abşeron yarımadasının
yol infrastrukturunun yenidən qurulmasında mühüm əhəmiyyət
daşıyacaq.
Tədbirdə Sabunçu
Rayon İcra Hakimiyyətinin
başçısı Adil
Vəliyev çıxış
edərək korporasiya
ilə rəhbərlik
etdiyi rayonun çox sıx tellərlə bir-birinə
bağlı olduğunu,
hətta şirkətin
ilk istehsal müəssisələrindən
olan “Akkord” beton zavodunun bu rayonda istehsala
başladığını vurğulayıb. A.Vəliyev korporasiyanın rayonun
sosial layihələrində
yaxından iştirakını
xüsusi qeyd edib.
Tədbirdə, həmçinin Azərbaycan
Respublikası Sahibkarlar
(İşəgötürənlər) Konfederasiyasının sədri
Məmməd Musayev çıxış edərək
yeni zavodun əhəmiyyətindən danışıb.
Bildirilib ki, bu zavodun istismara
verilməsi “Akkord”un istehsal fəaliyyətinin artırılması
siyasətinə uyğun
olaraq həyata keçirilib. Hazırda istifadəyə verilən
zavod “Akkord”un
5-ci asfalt zavodudur. Ümumilikdə beş
asfalt zavodunun illik istehsal gücü 1 milyon 635 min
840 tondur.
Yaxın vaxtlarda
korporasiya “Sənaye ili”
çərçivəsində fibrobeton,
metal-konstruksiya məhsulları, həmçinin
şüşə fasadların yüksək texnologiyalarla
istehsalı müəssisələrinin inşasını həyata
keçirəcək.
Azərbaycan.
- 2014.- 31 avqust.- S. 5.