Gəncədə olmaq çoxdankı arzum idi

 

"Gəncəni görmək çoxdankı arzum idi. Heç inana bilmirəm ki, bu gün mən bu qədim şəhərdəyəm və onun maddi-mədəniyyət abidələri ilə yanaşı, "müasir gözəlliklərini də öz gözlərimlə görürəm. Bu şəraiti mənə və həmyaşıdlarıma yaratdığına görə Prezidentimiz İlham Əliyevə minnətdaram". Bu sözləri "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən tur-aksiya çərçivəsində Gəncəyə gələn Neftçala şəhər 3 nömrəli orta məktəbin XI sinif şagirdi İlham Səmədov AzərTAc-a müsahibəsində söylədi. Bildirdi ki, mən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət  40 nəfərlik qrupun tərkibində olduğuma görə özümü xoşbəxt sayıram. Tarixi yerlərimizi gəzməklə daha geniş məlumat toplayacağam.

 

Azərbaycan. - 2014.- 31 avqust.- S. 6.