Laos Xalq Demokratik Respublikasının Prezidenti
Zati-aliləri cənab Çoummali Sayasoneyə
Hörmətli
cənab Prezident,
Ölkənizin
milli bayramı – Respublika günü münasibətilə Sizi
və bütün xalqınızı öz adımdan və
Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram
ki, Azərbaycan ilə Laos arasındakı dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafı və möhkəmlənməsi
bundan sonra da xalqlarımızın mənafelərinə xidmət
edəcəkdir.
Bu əlamətdar
gündə Sizə ən xoş arzularımı yetirir, dost
Laos xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 28 noyabr 2014-cü il.
Azərbaycan.-2014.- 2 dekabr.- S.1.