Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidentiBaş naziri, Dubay Əmiri Əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktuma

 

Əlahəzrət,

 

Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, qardaş xalqınıza daim sülh və rifah diləyirəm.

Hörmətlə,

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 28 noyabr 2014-cü il.

Azərbaycan.-2014.- 2 dekabr.- S.1.