Parisdə Azərbaycan ilə bağlı
fotosərgi böyük əks-səda doğurub
Noyabrın
28-də Parisin mərkəzindəki məşhur “Pöti
pale“ sərgi-muzey salonunda Azərbaycnın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın
iştirakı ilə tanınmış fotoqraf Reza Deqatinin Azərbaycan
ilə bağlı sərgisinin açılışı
böyük əks-səda doğurub.
Bunu
sərgiyə gələnlərin sayının gündən-günə
artması sübut edir.
Parislilər
və şəhərin qonaqları sərgidə Azərbaycanın
tarixini, mədəni dəyərlərini əks etdirən
fotolara tamaşa etməyə daha çox üstünlük
verirlər. Sərgini ziyarət edənlərin əksəriyyəti
1990-cı ildə Qara Yanvar hadisəsini və Dağlıq
Qarabağ münaqişəsini, o cümlədən Xocalı
soyqırımını əks etdirən fotolara xüsusi
maraq göstərirlər. Ziyarətçilər
insanlığa qarşı çevrilən münaqişələri
əks etdirən fotoların yanından etinasız
ötmür, onların qarşısında uzun müddət
dayanaraq dünyamızın faciəsini yaşayan insanların
taleyinə biganə qalmır, ağır hisslər
keçirirlər. Bunu onların sifətlərindəki ifadədən
aydınca oxumaq olur.
Xatırladaq
ki, sərgi dekabrın 7-dək davam edəcəkdir.
Əsgər
Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2014.- 2 dekabr.- S.4.