Tədqiqatçı alim

 

Tarix üzrə elmlər doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın müasir tarixi” şöbəsinin müdiri, görkəmli alim Adil Əli oğlu Məmmədovun adı respublikanın elmi ictimaiyyətinə yaxşı tanışdır.

Adil Məmmədov 1929-cu il dekabrın 2-də Ağdam rayonunun Seyidli kəndində (Süleyman Sani Axundovun ev-muzeyinin yerləşdiyi binada) anadan olmuşdur. 2014-cü il dekabrın 2-də anadan olmasının 85 ili tamam olur. Qeyd edək ki, dövrünün görkəmli ədibi və pedaqoqu S.S.Axundov A.Məmmədovun atasının dayısı idi. 1930-cu ildə ailələri Bakı şəhərinə köçdükdən sonra o, 3 saylı orta məktəbdə oxumuşdur.

A.Məmmədovun atası Əli Mehdi oğlu Məmmədov 1942-1945-ci illərdə hərbi səfərbərlikdə olduğu vaxt ailələri Ağdam şəhərinə gedərək Seyidli kəndindəki evlərində yaşamışlar. A.Məmmədov Ağdamın 1 saylı orta məktəbində təhsilini davam etdirmişdir. Müharibə qurtaran ili ailələri yenidən Bakıya qayıtmışdır.

A.Məmmədov 1945-1947-ci illərdə Bakı Xalq Maarif Şöbəsinin nəzdindəki pedaqoji texnikumda təhsil almışdır. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olaraq 1952-ci ildə oranı bitirmiş və Azərbaycan Respublikası Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində işləmişdir.

Professor A.Məmmədov 1953-cü ilin yanvar ayında Azərbaycan Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin olunmuş, 1954-1957-ci illərdə həmin şöbə üzrə əyani aspiranturada təhsil almışdır.

A.Məmmədov 1961-ci ildə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 2004-cü ildə ona “Vətən tarixi” ixtisası üzrə professor elmi adı verilmişdir. 29 il institutda böyük elmi işçi vəzifəsində çalışan Adil Məmmədov 1985-ci ilin martından 1989-cu ilin yanvarınadək Azərbaycan Elmlər Akademiyasının SSRİ Xalqları Dostluğu Sarayının direktoru vəzifəsində çalışmışdır. 1989-cu ilin yanvarında o, Tarix İnstitutunda “Azərbaycanın 1920-ci ilin iyun - 1941-ci illər tarixi”, 2000-ci ilin dekabrından “Azərbaycanın müasir tarixi” şöbəsinin müdiridir.

Şöbə İnstitutun strukturuna müvafiq olaraq iki qrupa bölünüb: birinci qrup 1920-1941-ci illəri əhatə edir. Qrupun rəhbəri tarix üzrə fəlsəfə doktoru İ.Niftəliyev, ikinci qrup 1941-1991-ci illəri əhatə edir, rəhbəri tarix üzrə fəlsəfə doktoru C.Bəhramovdur.

Şöbənin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanın sovet dövrü tarixi üzrə ümumiləşdirici əsərlərin yaradılmasına yönəldilmişdir.

Professorun elmi yaradıcılığının mühüm istiqamətlərindən biri Azərbaycan sənayesi və fəhlə sinfinin tarixi problemidir. A.Məmmədov XX əsrin 20-30-cu illərində neft sənayesinin inkişafına, Azərbaycanın qabaqcıl sənaye respublikasına çevrilməsinə, Gəncə, Şəki və digər yeni sənaye rayonlarının yaranmasına, burada fəhlə sinfinin formalaşmasına, onun cəmiyyət həyatında aparıcı roluna, ölkənin şərq rayonlarında yeni neft mərkəzlərinin yaradılmasına həsr olunmuş sanballı əsərlərin müəllifidir. Onun XX əsrin 20-ci illərində ölkənin beynəlxalq ticarət əlaqələrində Bakı yarmarkalarının rolu, dövrümüzdə xüsusilə aktuallıq kəsb edən Böyük İpək yolu, Azərbaycan ipəyinin tarixi ilə bağlı məqalələri elmi dəyərinə görə daha çox diqqəti cəlb etmişdir.

Alimin araşdırmaları içərisində 1918-1920-ci illərdə Bakı əhalisinin milli tərkibi və bu amilin Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda rolu məsələsinin tədqiqi xüsusi əhəmiyyət daşıyır. Adil Məmmədov hazırda da bu sahədə öz elmi axtarışlarını davam etdirir. Onun tədqiqatlarında XX əsrin 20-30-cu illərində Naxçıvan MSSR-in ərazi problemlərinin və sənayesinin inkişafı məsələlərinə də xüsusi diqqət göstərilmişdir.

Professor A.Məmmədov 80-dən artıq elmi əsərin müəllifidir. O, “Azərbaycan tarixi”nin 3-cü cildinin I hissəsinin (Bakı, 1963) hazırlanmasında müəllif kimi iştirak etmiş, “Azərbaycan SSR-ə fəhlə sinfinin tarixi oçerkləri (1917-1940)” “kitabının (Bakı, 1974) redaksiya heyətinin üzvü əsas müəllifidir. 1975-ci ildə onunAzərbaycanda Staxanov hərəkatıkitabçası nəşr olunmuşdur. A.Məmmədov 1994-cü ildə çap olunmuşGəncə (tarixi oçerk)” kitabının redaksiya heyətinin üzvü əsas müəlliflərindən biri, “Azərbaycan tarixiyeddi cildliyinin Baş Redaksiya Şurasının üzvü, VI cildin (aprel 1920-ci il - iyun 1941-ci il) (Bakı, Elm, 2000) məsul redaktor müavini, əsas müəlliflərindən biri, “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər” (Bakı, “Nurlan”, 2003, rus, ingilis dillərində); “Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması elmi ziyalı kadrların formalaşması yollarında (1920-1945-ci illər)”, (Bakı, “Nurlan”, 2005); “Azərbaycan xalqının əlifbasının inkişafı yollarında mühüm mərhələ” (Bakı , “Təhsil”, 2006, rus dilində) əsərlərinin həmmüəlliflərindəndir.

A.MəmmədovHeydər Əliyev” (iki cilddə. I cild, Bakı, “Turxan” MPB-2013, 500 səh.) kitabınınErməni separatizminə qarşı mübarizə”, “Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə Ermənistan SSR-nin ərazi iddialarına erməni separatçılığına qarşı mübarizəsi (1969-1982-ci illər)” mətnlərin müəlliflərindən biridir.

Professor A.Məmmədov son dövrlərdə Azərbaycan tarixinin mühüm problemlərinə həsr olunmuş sanballı elmi əsərlərin elmi redaktoru rəyçisi olmuşdur. O, bir sıra beynəlxalq elmi simpozium konfranslarda da Azərbaycan tarix elmini yüksək səviyyədə təmsil etmişdir.

Alim 1972-ci ildə Moskvada “SSRİ fəhlə sinfinin sənayesinin inkişafı”, 1978-ci ildə Tiflisdə Sosializm quruculuğu dövründə SSRİ- çoxmillətli fəhlə sinfinin təşəkkülü inkişafıproblemlərinə həsr olunmuş ümumittifaq elmi konfransında məruzələrlə çıxış etmişdir. A.Məmmədov elmi konfrans simpoziumların əksəriyyətində məruzələrlə iştirak etmişdir. O, 1995-ci ilin noyabrındaAzərbaycan beynəlxalq çoxtərəfli qarşılıqlı əlaqələrdəadlı İkinci Bakı beynəlxalq elmi simpoziumunda “20-30-cu illərdə Azərbaycanın digər respublikalarda neft rayonlarının yaranması inkişafında rolumövzusunda məruzə etmişdir. Bu elmi konfrans simpoziumlarda edilən məruzələrin mətnləri nəşr olunmuşdur.

A.Məmmədovun tarixçi kadrların hazırlanmasında da xidmətləri böyükdür. O, aspirant dissertantlara rəhbərlik edir, dissertasiya müdafiələrində opponent olur, Bakı Dövlət Universitetinin tarix fakültəsinin keçirdiyi tədbirlərdə xüsusi fəallıq göstərir. Alimin ixtisaslı tarixçi kadrların hazırlanmasında da xidmətləri var. Onun rəhbərlik etdiyi alimlərdən bir nəfəri doktorluq, 12 nəfəri isə namizədlik dissertasiyaları müdafiə etmişdir. Hazırda o, 3 doktorantın, 4 dissertantın elmi rəhbəridir.

A.Məmmədov 1994-cü ildən 2014-cü ilədək BDU-nun tarix fakültəsinin bakalavr buraxılışı üzrə dövlət imtahan komissiyasına sədrlik etmişdir. 2007-ci ildən AMEA Tarix İnstitutununElmi əsərləri”nin redaksiya heyətinin üzvüdür. 1993-cü ildən 2013-cü ilədək Azərbaycan Prezidenti yanında Ali Attestasiya KomissiyasınınTarix siyasi elmlərüzrə ekspert şurasının üzvü olmuşdur. Hazırda Adil Məmmədov tarix elminin nailiyyətlərinin təbliği sahəsində fəal aparır. Onun dövri mətbuat səhifələrində müntəzəm olaraq Azərbaycanın sosial-iqtisadi inkişafı məsələlərinə həsr edilmiş məqalələri nəşr olunur.

Tanınmış alim 61 ildir ki, AMEA-nın Tarix İnstitutunda çalışır. O, görkəmli tədqiqatçı olmaqla bərabər, təşkilatçılıq qabiliyyəti ilə fərqlənir. Adil müəllim uzun illər institutun partiya bürosunun katibi, yerli komitənin sədri olmuş üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

A.Məmmədov Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərən milli problemlər üzrə elmi şuranın, respublikaBilikcəmiyyəti idarə heyətinin üzvü, Azərbaycan Sovet Ensiklopediyasının məsləhətçisi olmuşdur. O, dəfələrlə elm sahəsindəki xidmətlərinə görə AMEA Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.

A.Məmmədovun təvazökarlığı, xeyirxahlığı, qayğıkeşliyi ona həmkarlarının bütün institut kollektivinin dərin hörmətini hüsn-rəğbətini qazandırmışdır.

Tanınmış alimin bu gün çox maraqlı yaradıcılıq planları var. Ona cansa ğlığı, uzun ömür yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Yaqub MAHMUDOV,

AMEA A.A.Bakıxanov adına

Tarix İnstitutunun direktoru,

AMEA-nın müxbir üzvü

Azərbaycan.-2014.- 2 dekabr.- S.6.