Məqsəd yüksək ixtisaslı kadr hazırlamaqdır

 

Ali məktəb həyatı

 

Hazırda bütün sahələrdə olduğu kimi, təhsildə də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş önəmli islahatlar uğurla davam etdirilir. Təhsilin məzmununa və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşmə prosesi gedir. Bu baxımdan Gəncə Dövlət Universitetində də məqsədyönlü işlər aparılır.

Burada hər il tələbə qəbulu planı, demək olar, tam yerinə yetirilir. Hazırda universitetdə 51 bakalavr ixtisası üzrə 4958 tələbə, 25 magistr istiqaməti üzrə 276 magistrant təhsil alır. 8 fakültənin nəzdində fəaliyyət göstərən 33 kafedrada 2 əməkdar elm xadimi, 13 elmlər doktoru, professor, ayrı-ayrı elmlər üzrə 161 fəlsəfə doktoru, dosent, 379 baş müəllim və müəllim çalışır.

Prezident İlham Əliyevin “Biz iqtisadi potensialımızı intellekt kapitalına çevirməliyik” devizi ilə ölkə təhsilinin Avropa standartlarına uyğunlaşdırılması, onun maddi-texniki bazasının inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlər artıq reallığa çevrilməkdədir. Universitetdə kamil şəxsiyyətin, hərtərəfli biliyə, savada, elmə və ahəngdar inkişafa malik vətəndaşların formalaşması üçün kifayət qədər imkanlar yaranmışdır. Universitetin bazasının genişləndirilməsi, tədris korpuslarının müasir standartlara cavab verən avadanlıqlarla təmin edilməsi, fizika, kimya, botanika, ekologiya laboratoriyalarının yenidən qurulması, ümumuniversitet və fakültələr üzrə internet saytlarının yaradılması, gündəlik həyatda baş verən dəyişikliklərin, keçirilən tədbirlərin internet səhifəsində yerləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, xarici ölkələrin təhsil və elm müəssisələri ilə əməkdaşlığının artırılması və möhkəmləndirilməsi deyilənlərə əyani sübutdur.

Azərbaycan təhsilinin Avropa standartlarına uyğunlaşdırılması Gəncə Dövlət Universitetinin beynəlxalq əlaqələrinin keyfiyyətcə dəyişməsində önəmli rol oynamışdır. Universitet dünyanın aparıcı təhsil ocaqları ilə birbaşa əlaqə yaratmaq imkanı əldə etmiş, elm, təhsil, tələbə-müəllim mübadiləsi üzrə əməkdaşlıq müqavilələri imzalamışdır. Universitet Avropada elm və təhsili maliyyələşdirən komissiya və müxtəlif fondlarla yaratdığı sıx əməkdaşlıq çərçivəsində Avropa Şurasının təsis etdiyi Beynəlxalq Təhsil Proqramları üzrə keçirilən müsabiqələrdə, elm və təhsillə bağlı layihələrdə fəal iştirak edir. Avropa İttifaqının TEMPUS təhsil proqramı çərçivəsində üç qalib layihənin iştirakçısıdır. Universitetin əməkdaşları müntəzəm olaraq müxtəlif beynəlxalq elmi konfranslarasimpoziumlara dəvət olunurlar. Son altı ayda elmin aparıcı istiqamətləri üzrə bura nüfuzlu alimlərin iştirakı ilə respublika və beynəlxalq miqyaslı elmi konfranslar keçirilmişdir. CURDEUS üzrə layihə çərçivəsində universitetin müəllimləri Polşanın Lord Universitetində, Hollandiyanın Leyden Universitetində və Portuqaliyanın Dövlət Universitetində mübadilə proqramında iştirak etmişlər. “ERASMUS” proqramı çərçivəsində əgər keçən il cəmi iki tələbəmiz iştirak etmişdisə, 2014-2015-ci tədris ilində onların sayı artıq 10-na çatmışdır. Onlar İtaliya, Fransa, PolşaFinlandiyada bakalavr, magistraturadoktorantura səviyyəsində təhsillərini davam etdirəcəklər. DAAD Mövlanə Mübadilə Proqramı çərçivəsində Türkiyənin 20-yə yaxın universiteti ilə müqavilə imzalanmış, 100-ə yaxın müəllim və tələbənin sənədləri komissiyaya göndərilmişdir. Bu müddətdə, həm də Fransanın Mülüs şəhəri Yuxarı Elzas Universiteti, Albaniyanın Vitrina Universiteti, MDB ölkələrindən Belarusun Vitebsk Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, AMEA-nın Aşqarlar Kimyası və Kimya Problemləri institutları ilə də əlaqələr möhkəmləndirilmişdir. Burada xarici vətəndaşların da təhsil almasına lazımi şərait yaradılmışdır. Hazırda universitetdə 20 nəfər əcnəbi tələbə oxuyur. Beynəlxalq konfranslarda iştirak edən 5 müəllimin məqaləsi impakt faktorlu jurnallarda nəşr olunmuşdur. Bu ilin may ayında universitetin nümayəndə heyəti tərəfindən Tbilisidə Mirzə Şəfi Vazehin anadan olmasının 220 ilik yubileyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilmiş, Nizami adına Daşkənd Dövlət Universitetinin, Giresun Universitetinin, Kastamonu Universitetinin nümayəndələri ilə görüşlər təşkil edilmişdir. İyun ayında universitetin rektoru, professor Yusif Yusibovun rəhbərliyi ilə nümayəndə heyəti Fransanın Mülüs şəhərində Yuxarı Elzas Universitetində, həmçinin Reyms şəhərindəki Şampan Arden Universitetində olmuş, təcrübə mübadiləsi və əməkdaşlığa dair müzakirələr aparmışdır.

Elektron universitet layihəsi çərçivəsində Koreyanın Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyi (KOİCA) ilə ilkin anlaşmalar əldə edilmişdir. Qlobal tədqiqat mərkəzləri ilə genişlənən əlaqələr müxtəlif istiqamətlərdə elmi nəticələrin alınmasına müsbət təsir göstərir. Universitetdə “Büküm tənliklər nəzəriyyəsi”, “Diferensialinteqral operatorlar nəzəriyyəsi” sahəsində mühüm nəticələr əldə edilmişdir. Digər mühüm elmi nəticələr ekosferanın və bioloji müxtəlifliyin qorunub saxlanılması, biologiyabotanika sahəsində, Azərbaycanın qərb regionunun flora və faunasının tədqiqi sahəsində alınmışdır. Kimya, xüsusilə də yeni yarımkeçıci sistemlərin sintezi və onların fiziki-kimyəvi tədqiqi sahəsində də bir çox praktik və nəzəri nəticələr əldə olunmuşdur. Universitetin alimləri və gənc tədqiqatçılarının nailiyyətləri Azərbaycan Milli Elmlər Akademiyasının, Avropanın elmi təşkilatlarının alimləri tərəfindən yüksək qiymətləndirilir. Universitetdə iki genişmiqyaslı konfrans keçirilmişdir: “Müasir biologiya və kimyanın aktual problemləri” və “RiyaziyyatİKT-nin tətbiq sahələri: yeni tədris texnologiyaları”. Birinci konfransda respublikanın nüfuzlu ali məktəblərini və AMEA-nın institutlarını təmsil edən 125-dən çox alim, ikincidə isə 6 xarici ölkənin nümayəndələri iştirak etmişlər. Hər iki konfransın materialları toplu şəklində nəşr edilmişdir.

Universitetdə elmi kadrların inkişafına xüsusi diqqət yetirilir. Son altı ayda universitetin əməkdaşlarından 3 nəfəri professor, 9 nəfəri dosent elmi adı, 10 nəfəri isə müxtəlif elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Təhsil ocağında tələbə elmi cəmiyyətinin fəaliyyəti də diqqət mərkəzində saxlanılır. Cəmiyyətin üzvləri tələbə konfranslarında fəal iştirak edir, apardıqları tədqiqat işlərinə dair mülahizələrini respublika mətbuatında, ali məktəblərin “Elmi xəbərlər” məcmuələrində dərc etdirirlər.

Təhsil ocağındakı idman klubunun nəzdində 11 idman növü üzrə professor-müəllim və tələbə heyətindən ibarət 19 komanda fəaliyyət göstərir. İdmançı tələbələrimiz beynəlxalq turnirlərdə, ölkə, Avropadünya çempionatlarında, şəhər və respublika birinciliklərində layiqincə iştirak edirlər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən respublika yarışlarında universitetin idman komandaları fəallıq göstərmiş, respublika Təhsil Nazirliyinin, Azərbaycan Ali Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri diplomuna layiq görülmüş, ayrı-ayrı növlər üzrə yarışlarda 3 kubok qazanılmışdır. Basketbol üzrə yarışda universitetin komandası ikinci yerə çıxmış, respublika Gənclər və İdman Nazirliyinin Fəxri diplomuna layiq görülmüşdür. Güləş üzrə keçirilən şəhər yarışında pedaqoji fakültənin iki tələbəsi birinciikinci yerləri bölüşmüşlər. Tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Elnur Məmmədov 2014-cü ilin mayında karate üzrə Braziliyada keçirilən dünya çempionatında III yerə çıxmış, iyun ayında Rusiyanın Çeboksar şəhərində keçirilən Avropa çempionatında I yeri tutaraq Avropa çempionu olmuş, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya qazanmışdır. Tələbələrdən Səbuhi Bağırov və Abbas Abbasov cüdo üzrə Avropa çempionatında üçüncü, Emil İlyaslı isə ikinci yerə çıxmışdır.

Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq universitetdə Əli bəy Hüseynzadənin anadan olmasının 150, İlyas Əfəndiyevin 100, Abbasqulu ağa Bakıxanovun 220, Mirzə Şəfi Vazehin 220 illik yubileyləri böyük təntənə ilə qeyd edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümünə həsr edilmiş yubiley təntənəsi tədbirlər sırasında önəmli yer tutmuşdur.

Tələbələrin asudə vaxtlarının xoş və mənalı təşkili də universitet rəhbərliyinin daim diqqət mərkəzindədir. Bunun üçün vaxtaşırı şəhərimizin, eləcə də respublikamızın görməli yerlərinə, muzeylərinə, tarixi və mədəni obyektlərinə ekskursiyalar, təbiətin qoynuna gəzintilər təşkil olunur. Tələbələr Qax, Qəbələ, Zaqatala, Şəki, Tovuz, Qazax, Göygöl, Şamaxı rayonlarında, Mingəçevir, Bakı şəhərlərində olmuş, oradan xoş təəssüratla qayıtmışlar. 2014-cü il aprelin 17-də riyaziyyat-informatika fakültəsinin bir qrup müəllim və tələbəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərkosmos” ASC-yə ekskursiya etmişlər.

Əldə olunan uğurlu nəticələr, zəngin təcrübə əminliklə deməyə əsas verir ki, universitetimiz özünün tarixi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq qazanılmış nailiyyətləri daha da artıracaq.

 

Vaqif NOVRUZOV,

biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi

Zakir ƏLƏSGƏROV,

filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi

Azərbaycan.-2014.- 2 dekabr.- S.6.