Türk düşüncəsi və türkçülük haqqında yeni tədqiqat

 

Bəşəriyyətin  elm və mədəniyyət  xəzinəsinin  zənginləşdirilməsinə hər bir  xalq öz töhfəsini vermişdir. Bu mənada  türk  xalqlarının  əsrlər  boyu nəsildən-nəslə ötürülən  misilsiz  sərvəti dünya mədəniyyəti tarixində özünəməxsus yer tutur.

Türk xalqlarının ictimai-siyasi, düşüncə və mədəniyyəti tarixinin tədqiqi kimi məsələlər  həmişə böyük  aktuallıq  kəsb edir. Türk qaynaqlarında müdriklik, ağıl, düşüncə yüksək dəyərləndirilir. Belə ki, müdrik, uzaqgörən, geniş dünyagörüşlü bir insanın ağıllı məsləhətləri nəticəsində türklər öz dövlətlərini möhkəmləndirirdilər. Türk xalqlarının düşüncə tarixi onların qəhrəmanlıq tarixi qədər qədimdir. Çünki  müharibələrdə qələbə, zəfər qazanılmasında güc, qüvvə ilə yanaşı, ağıl, zəka da əsasdır. AMEA Fəlsəfə İnstitutunun əməkdaşı,   fəlsəfə doktoru Aytək  Zakirqızının (Məmmədova)   bu yaxınlarda çapdan çıxmış  Türk düşüncəsi və türkçülük tarixi haqqında” monoqrafiyası  türk düşüncəsi tarixinin əvəzolunmaz araşdırıcısı,  görkəmli mütəfəkkir  Hilmi Ziya Ülkənini (1901-1974) yaradıcılığına işıq salır.

Bu il  filosof, sosioloq, şairnasir kimi elm və mədəniyyət tarixində özünəməxsus yer tutan  Hilmi Ziya Ülkənin ölümündən 40 il keçir.  Mütəfəkkir fəaliyyətinə  müəllimliklə başlamış, müxtəlif  liseylərdə coğrafiya, fəlsəfə, tarix, psixologiyasosiologiya fənlərini tədris etmişdir. 1933-cü ildən 1960-cı ilədək İstanbul  Universitetində, sonralar  isə  Ankara  Universitetində çalışmışdır. O, “Türk təfəkkürü tarixi”, “İnsani vətənpərvərlik”, “Oyanış dövrlərində tərcümənin rolu”, “Məntiq tarixi”, “ Dünyada və Türkiyədə sosiologiya”, “Bilgi və dəyər”, “İslam  fəlsəfəsi: qaynaqları    təsirləri”, “Varlıq və oluş”, “Ümumi fəlsəfə dərsləri” kimi bir sıra dəyərli əsərlərin müəllifidir.

Hilmi Ziya Ülkən 1949-cu ildə  Türk Sosiologiya Cəmiyyətini yaratmışdır. O, ötən əsrin 30-cu illərindən  türk  təfəkkürü və  düşüncəsinin tədqiqinə  başlamış, ikicildlikTürk təfəkkür tarixi  kitabını yazmışdır. Alim bu mövzunu bir fənn kimi də tədris etmişdir. Filosof 1966-cı ildə tamamladığı “Türkiyədə çağdaş düşüncə tarixi” kitabı ilə düşüncə tarixi sahəsində  araşdırmalarını davam etdirmişdir. 

Böyük mütəfəkkirin  əsərləri monoqrafiya müəllifini  türk düşüncəsi tarixini araşdırmağa sövq etmiş, nəticədə “Türk düşüncəsi və türkçülük tarixi haqqında” kimi sanballı tədqiqat ortaya çıxmışdır. Müəllif  türk düşüncəsi tarixi ilə əlaqədar məsələləri tədqiq edərkən  türk xalqlarının tarixi keçmişini, onların mədəniyyət tarixini, qədim dövrdən başlayaraq müasir dövrə qədər olan mərhələləri göstərir. Kitabda türkçülük tarixi ilə bağlı məsələlər, Azərbaycan alimlərindən  Əhməd Ağaoğlu və Əlibəy Hüseynzadənin türkçülük tarixində mühüm xidmətləri geniş şəkildə işıqlandırılır.

Müəllif qeyd edir ki, türkçülüyün yaranıb formalaşması uzun tarixi dövrü əhatə edir. Türkçülük tarixində bütün türk xalqları, xüsusilə Azərbaycan və Türkiyə mütəfəkkirləri bir-biriləri ilə  qarşılıqlı münasibətdə fəaliyyət göstərmişlər. Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə, Məhmət İzzət, Ziya Göyalp, Yusif Akçura, Üzeyir bəy Hacıbəyli və başqa alim və mütəfəkkirlərin türkçülük tarixində,  milli-mənəvi dəyərlərin araşdırılması və təbliğində misilsiz xidmətləri olmuşdur.

 

Nərgiz ƏLİYEVA,

tarix elmləri doktoru

Azərbaycan.-2014.- 2 dekabr.- S.7.