Xızıda Cəfər Cabbarlının anadan olmasının 115-ci ildönümü qeyd edilib

 

Dekabrın 1-də Xızı rayonunda görkəmli dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının anadan olmasının 115-ci ildönümü qeyd edilib.

AzərTAc xəbər verir ki, yubiley tədbiri Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun, Cəfər Cabbarlının ev-muzeyinin və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Xızı şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər.

Sonra tədbir iştirakçıları görkəmli dramaturq Cəfər Cabbarlının abidəsi önünə əklil və gül dəstələri qoyaraq burada xatirə şəkli çəkdiriblər.

Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə filologiya elmləri doktoru, C.Cabbarlı irsinin araşdırıcısı Asif Rüstəmli ölməz sənətkarın Azərbaycan ədəbiyyatı və mədəniyyətində müstəsna xidmətlərindən söz açıb. “Cəfər Cabbarlının ədəbi-ictimai fəaliyyəti” mövzusundakı məruzədə bildirilib ki, 35 illik ömrünün 20 ilini ədəbi yaradıcılığa həsr edən ədib liriksatirik şeirləri, poema və hekayələri, tərcümələri, dram əsərləri ilə ədəbiyyatımızda böyük şöhrət qazanıb.

Yubiley mərasimində AYB-nin katibi İlqar Fəhmi, C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, filologiya elmləri doktorları Şirindil Alışanlı, Tahirə Məmməd, Gülşən Əliyeva-Kəngərli, şair Oqtay Rza və başqaları çıxış edərək ədibin yaradıcılığı, Azərbaycan ədəbiyyatındakı mövqeyi, teatr, kino sahəsindəki fəaliyyəti haqqında danışıblar.

Bildirilib ki, yaradıcılığa şeirlə gələn Cəfər Cabbarlı Azərbaycan dramaturgiyasına “Almaz”, “Aydın”, “Solğun çiçəklər”, “Sevil”, “Od gəlini”, “Oqtay Eloğlukimi ölməz səhnə əsərləri bəxş edib.

Diqqətə çatdırılıb ki, C.Cabbarlı, eyni zamanda, milli kino sənətimizin inkişafında da misilsiz xidmətləri olan fədakar ziyalılarımızdandır. O, həm ilk milli kinossenarist, kinorejissor, həm Azərbaycan kinosuna ilk milli kadr gətirən kino xadimidir. Teatr sənətinin inkişafında böyük xidmətləri olan C.Cabbarlı dəfələrlə dram əsərlərinə quruluş verərək həm rejissor, həm bədii hissə müdiri, həm səhnə tərtibatçısı kimi fəaliyyət göstərib.

Tədbirdə şair Oqtay Rzaya Xızı rayonunun akademik Məmməd Arif Dadaşzadə adına Şuraabad qəsəbə tam orta məktəbinin direktoru Xatirə HəşimovayaCəfər Cabbarlı mükafatıtəqdim olunub.

Yubiley mərasimində xalq artistləri Mələkxanım Əyyubova, Məleykə Əsədova digər incəsənət nümayəndələrinin ifalarında böyük ədibin poeziyasından nümunələr şeirlərinə yazılmış mahnılar səsləndirilib.

 

Azərbaycan.-2014.- 2 dekabr.- S.7.