Prezident İlham Əliyev “BakuTel-2014” XX Azərbaycan
Beynəlxalq telekommunikasiya
və informasiya texnologiyaları sərgisi
ilə tanış
olub
Prezident İlham Əliyevin
“Euronews” telekanalına
müsahibəsi
- Cənab Prezident, innovativ texnologiyaların həyata keçirilməsi
baxımından Siz bu müqaviləni necə qiymətləndirirsiniz?
- Bu, bizim
üçün əlamətdar gündür. Bu müqavilənin
imzalanması kosmik sənayenin inkişafı
baxımından Azərbaycan
üçün çoxlu
imkanlar açır.
Bildiyiniz
kimi, biz iqtisadiyyatımızın
şaxələndirilməsi siyasətini həyata keçiririk və bu siyasət uğurludur. İnformasiya-kommunikasiya texnologiyaları və kosmik texnologiyalar bizim üçün əsas prioritetlərdən
biridir. Yəqin bilirsiniz ki,
biz artıq ilk peykimizi
orbitə buraxmışıq.
Bu, ikincidir. Proses davam edəcək.
Bu, texnologiya, inkişaf, biznes, təhsil baxımından bir çox imkanlar açır.
Eyni zamanda, bu peyk
bizə kənd təsərrüfatı, fövqəladə
hallar sahələrində,
həyatımızın müxtəlif
sahələrindəki imkanlarımızı
daha ətraflı qiymətləndirməyə kömək
edəcək. Mən bu
müqaviləni yüksək
qiymətləndirirəm. Eyni zamanda, bu, Fransa
ilə Azərbaycan arasında ikitərəfli
səviyyədə beynəlxalq
əməkdaşlığın yaxşı nümunəsidir,
çünki bu layihə hər iki prezident tərəfindən
dəstəklənir. Eyni zamanda, “Azərkosmos” və “Airbus” arasında yaxşı əməkdaşlıq
mövcuddur.
- Cənab Prezident, yəqin razılaşarsınız
ki, “BakuTel” sərgisi telekommunikasiya nəhənglərini bir araya gətirir. Bu yüksək səviyyəli
mütəxəssislər üçün
növbəti prioritet
nədən ibarət
olmalıdır?
- “BakuTel”in böyük
tarixi var. Artıq 20 ildir ki, biz bu
sərgini keçiririk. Bu, onu göstərir ki, İKT-nin inkişafı baxımından
Azərbaycan regionun mərkəzlərindən biridir.
Bildiyiniz
kimi, biz neft-qaz sahəsinin inkişafı,
neft-qaz infrastrukturu baxımından regionun mərkəzlərindən biriyik.
Lakin bir neçə il
bundan əvvəl biz iqtisadiyyatı neft iqtisadiyyatından qeyri-neft
iqtisadiyyatına çevirməyi
qərara aldıq və transformasiya çox uğurludur. Biz qara qızıl
olan nefti insan kapitalına çevirmək siyasətini
həyata keçiririk.
Bu səbəbdən “BakuTel” şirkətlərin
Azərbaycanda fəaliyyət
göstərməsi, Azərbaycanın
artan iqtisadiyyatından
faydalanması üçün
bir çox imkanlar açır.
Eyni zamanda, bu, bizə
müasir beynəlxalq
ekoloji inkişafın
bir hissəsi olmağa imkan verir. Sonuncusu isə təhsildir.
Minlərlə azərbaycanlı gənc burada hazırlanır, müxtəlif
beynəlxalq şirkətlərdə
çalışır və
təhsil kurslarında
iştirak edir. Bu, ölkənin inkişafı,
müasirləşməsi, uğurlu gələcəyinə
olduqca müsbət təsir göstərir.
- Bizə vaxt ayırdığınız və
cavablarınız üçün
təşəkkür edirəm.
- Təşəkkür edirəm.
Azərbaycan.-2014.-
3 dekabr.- S.2.