Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya

 İttifaqının baş katibini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Beynəlxalq Telekommunikasiya İttifaqının yeni seçilmiş baş katibi Haulin Zaonu qəbul edib.

Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük uğurların əldə edildiyi vurğulandı, “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisinin ənənəvi olaraq hər il Bakıda keçirilməsinin və tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd edildi, sərginin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2014.- 3 dekabr.- S.2.