Prezident İlham
Əliyev Türkiyənin elm, sənaye və
texnologiyalar
nazirinin başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də
Türkiyə Respublikasının elm, sənaye və
texnologiyalar naziri Fikri İşıkın
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Nazir
Fikri İşık Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş
nazir Əhməd Davudoğlunun salamlarını dövlətimizin
başçısına çatdırdı. O, Bakıda
keçirilən “BakuTel-2014” telekommunikasiya və informasiya
texnologiyaları sərgisinin əhəmiyyətini
vurğuladı. Fikri İşık Bakıda Qara dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
elm və texnologiyalar üzrə nazirlər toplantısında
iştirak edəcəklərindən məmnun
olduqlarını dedi.
Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
ilə dekabrın 1-dəki telefon söhbətini xatırlayan
Prezident İlham Əliyev bir daha Türkiyə tərəfindən
Azərbaycanın “G20”-nin tədbirlərinə və zirvə
toplantısına dəvət edilməsini ölkələrimiz
arasında dostluq və qardaşlıq münasibətlərinin
yaxşı göstəricisi kimi dəyərləndirdi.
Dövlətimizin başçısı ölkələrimiz
arasında bütün sahələrdə uğurla inkişaf
edən əməkdaşlığı elm və yüksək
texnologiyalar sahəsində daha da genişləndirməyin
önəmini qeyd etdi.
Türkiyəli
nazir bildirdi ki, biz hamımız Azərbaycan xalqının
ümummilli lideri, ulu öndər Heydər Əliyevin “bir millət,
iki dövlət” fəlsəfəsinin daha da möhkəmləndirilməsində
səylərimizi əsirgəməməliyik.
Dövlətimizin
başçısı İlham Əliyev Prezident Rəcəb
Tayyib Ərdoğanın və Baş nazir Əhməd
Davudoğlunun salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə
və Baş nazirinə çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2014.- 3 dekabr.- S.3.