Əlillərə yüksək qayğı dəyişməyən sosial və mənəvi vəzifədir

 

3 dekabr Beynəlxalq Əlillər Günüdür

 

İqtisadi sahədə keçid dövrünü uğurla başa vuran Azərbaycan sosialyönümlü bazar iqtisadiyyatının formalaşması sahəsində böyük müvəffəqiyyətlər əldə edib, əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə mümkün zəruri tədbirləri addım-addım reallaşdırıb. Son 11 ildə inkişaf tempinə görə dünyanın lider ölkələrindən birinə çevrilən, rifahlı cəmiyyət, müasir dövlət quruculuğunun geniş vüsət aldığı, həmçinin tolerantlığın təkrarsız nümunəsi kimi dünyada böyük nüfuz qazanan Azərbaycan artıq mühüm əhəmiyyət kəsb edən qlobal proseslərdə söz sahibi olan aparıcı ölkələr sırasına daxil olub.

 

İnkişaf siyasətində sosialyönümlülük faktoru

 

Belə bir möhtəşəm nailiyyətin əldə olunmasında əsas faktor lider amilidir. Hər hansı bir ölkənin uzun onilliklər boyu əldə edə biləcəyi bu tarixi nailiyyətlər ümummilli lider Heydər Əliyevin vətənimizin firavan gələcəyinin qurulmasına xidmət edən müdrik strategiyası əsasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və ölkəni böyük perspektivlərə doğru aparan uğurlu siyasətin, beynəlxalq aləmdə gedən proseslər fonunda Azərbaycanın maraq və mənafelərini daha dolğun şəkildə təmin etmək üçün atılan qətiyyətli və məqsədyönlü addımların nəticələridir.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi kurs cəmiyyətin sosiomədəni bazisinin mərhələlərlə postindustrial dəyərlər və ənənələr məcrasına transformasiyasına imkan yaratdı, milli tərəqqinin sabitliyini və davamlılığını təmin etdi, ölkəni beynəlxalq münasibətlərin obyektinə yox, aparıcı subyektinə çevirdi. Dövlət başçısının iqtisadi sferada həyata keçirdiyi siyasətin indiözünü qabarıq göstərən ən önəmli cəhətlərindən biri hər zaman sosialyönümlülük faktorunun ön plana çəkilməsidir. Bu mənada Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra imzaladığı ilk fərman və sərəncamlar sırasında ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlərin xüsusi yer tutması təbii xarakter daşıyırdı. Digər tərəfdən, elmi-nəzəri, iqtisadi əsaslara söykənən, sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin səciyyəvi cəhətlərini təşkil edir. Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr seçkilərindən sonra imzaladığı ilk fərmanlar sırasında yer alan “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanı və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkə iqtisadiyyatının daha intensiv inkişaf etməsini ehtiva etməklə yanaşı, nəticə etibarilə sosial rifah halının getdikcə yüksəlməsinə xidmət etdi.

“Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır” deyən dövlət başçısının bu məqsəd naminə apardığı uğurlu siyasətin nəticəsidir ki, yoxsulluq səviyyəsi son 11 ildə azalaraq 5 faizə düşüb. Bu mənada ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerlərdə qərar tutub. Ümumiyyətlə, 2003-2014-cü illərdə İnsan İnkişafı İndeksinin artım sürətinə görə Azərbaycan orta dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin ilk 15-liyinə daxil olub.

Bu gün ölkəmizdə həyata keçirilən modern sosial siyasət malik olduğu konkret parametrlərlə diqqət cəlb edir. Həmin parametrlərdən bəhs edərkən görərik ki, burada əsas cəhətlərdən biri sosial müavinət sisteminin sığorta-pensiya sistemindən ayrılması istiqamətində həlledici addımların atılması, buna xidmət edən “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqındaAzərbaycan Respublikası qanunlarının qəbuludur. Ölkə rəhbərinin 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” isə növbəti mərhələdə sığorta-pensiya sistemində yeni islahatların aparılmasını, sosial ədalətin gücləndirilməsini, yeni institutların formalaşdırılmasını və digər önəmli dəyişiklikləri özündə əks etdirir. Bu sənəd ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıyır. Konsepsiyanın həyata keçirilməsi nəticəsində təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləği uyğunluq təşkil edəcək, pensiya təminatı sisteminin yığım potensialı güclənəcək, qanunvericilikdə sığortaya dair prinsiplər, sosial sığorta haqqı normativinin strukturu təkmilləşdiriləcək.

 

Əlil vətəndaşlara qayğı prioritetimizdir

Hər bir ölkədə elə qrup insanlar var ki, onlara münasibət daha böyük diqqət və həssaslıq tələb edir. Bunlar daim sosial və eləcə də mənəvi qayğıya ehtiyacı olan əlillərdir. Əlillik anadangəlmə də ola bilər, sonra da yarana bilər. İstənilən halda bu insanlar cəmiyyətin ayrılmaz hissəsidir. Onların reabilitasiyası, cəmiyyətə inteqrasiyası mühüm sosial vəzifələrdən biridir.

Hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda isə əhalinin 5,6 faizi, yəni 530 min nəfər əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Azərbaycanda əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olmasının səbəblərindən biri ölkə əhalisinin gənc olmasıdır. Ölkəmizdə əlilliyin artmasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin rolu olub. Respublikamızın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə 12 minə yaxın vətəndaşımız əlil olub. Digər tərəfdən, ayrı-ayrı xəstəliklərin müalicəsinin düzgünya vaxtında aparılmaması onların ağırlaşaraq əlillik vəziyyətinə çevrilməsinə şərait yaradıb. Anadangəlmə və müalicəsi mümkün olmayan xəstəliklər, yol qəzaları və texnogen qəzalar zamanı alınan zədələr, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında və sovet qoşunlarının tərkibində Əfqanıstanda hərbi əməliyyatlarda iştirak etmək əlilliyə gətirib çıxaran səbəblərdir.

Dekabr ayının 3-ü bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən Beynəlxalq Əlillər Günü 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunur. Məhz bu fakt ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu göstərir. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası gücləndirilib. Heydər Əliyevin əsasını qoyduğu mükəmməl sosial siyasət nəticəsində cəmiyyətin əmək qabiliyyətini itirmiş üzvləri üçün etibarlı sosial təminatlar sistemi yaradılıb, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi təmin olunub. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı müvafiq proqram hazırlanaraq həyata keçirilib. Proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun müddəaları öz əksini tapıb. Ulu öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşırdı. Təsadüfi deyil ki, maliyyə imkanlarımızın hələ aşağı olduğu 1997-2003-cü illərdə 508 əlil ailəsi mənzillə, 138 ailə isə fərdi evlə təmin olunmuşdu. 1998-2002-ci illərdə 1090 nəfər əlilə minik avtomobili verilib.

Ümummilli lider Heydər Əliyev tərəfindən əlilliyi olan insanlara diqqət və qayğının 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edən tədbirlərin ilbəil güclənməsinə şərait yaratmışdır. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək” deyən dövlət başçısının bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.

Son 11 ildə Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb, belə insanların müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə yaxşılaşıb. Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub. Belə ki, bu illərdə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri istifadəyə verilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində uşaq bərpa mərkəzləri yaradılıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla ölkənin paytaxtında və bölgələrində yerləşən 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Həmin mərkəzlərdə hər il orta hesabla 8 min nəfərə yaxın əlil və sağlamlıq imkanları məhdud uşaq dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə, 5 min nəfərə yaxın belə şəxs isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin edilir. Əlillərin xarici ölkələrdə müalicəsinin təşkili daim diqqətdə saxlanılmış və hər il yüzlərlə əlilin xarici ölkələrdə bərpa müalicəsi, istirahət zonalarında istirahəti təşkil olunur. Ölkəmizdə əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşməsi sahəsində geniş vüsət alan işlərin, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılmasının daha bir müsbət nəticəsi kimi respublikada əlilliyin artım tempinin qarşısı alınıb, reabilitasiya göstəricisi 6 faizə qədər yüksəlib. Xüsusən son bir ildə görülən işlər sayəsində əlilliyi olan şəxslərin tam reabilitasiya göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya göstəricisi 0,8 faizdən 2,6 faizə yüksəlib, təkrar əlilliyi müəyyən olunan şəxslərin və sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayı ümumən 5 251 nəfər azalıb. Bu il ƏƏSMN-in bərpa-müalicə müəssisələrində 5882 nəfərə bərpa-müalicə xidməti göstərilib, əlilliyi olan şəxslərin 18 min 44 nəfəri reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.

Son illərdə əlillərin mənzillə təminatı sahəsində də mühüm tədbirlər həyata keçirilib. Təkcə son 9 ayda bir sıra rayonlar üzrə 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi də 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi və 1990-cı ilin 20 Yanvar hadisələri zamanı əlil olmuş, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Prezidentinin Ehtiyat Fondundan beş milyon manat ayrılmışdır. Bütün bunlar Prezident İlham Əliyevin əlilliyi olan şəxslərin sosial təminatının daim yaxşılaşdırılmasına göstərdiyi böyük diqqət və qayğının növbəti bariz təzahürləridir.

Artıq ƏƏSMN 2014-cü ilədək xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərin minik avtomobilləri ilə tam təminatını başa çatdırıb. Belə ki, Prezident İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamları qısa müddət ərzində icra edilibbu il ərzində 700 nəfər Qarabağ müharibəsi əlili, 753 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxs, ümumilikdə isə 1453 nəfər avtomobillə pulsuz təmin olunub. Beləliklə, indiyədək dövlət hesabına minik avtomobili ilə təmin edilən əlilliyi olan şəxslərin sayı 5259 nəfərə çatıb.

 

Heydər Əliyev Fondu xeyirxahlıq ünvanıdır

Yarandığı gündən bu ali məqsədi qarşıya qoyan, ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu 10 illik fəaliyyəti ilə Azərbaycan cəmiyyətində bir çox insanların ümid yerinə çevrilmişdir. Fond ictimai təşkilat kimi fəaliyyət göstərsə də, qarşıya qoyduğu məqsədlərə, miqyasına və sanbalına görə respublikamızda oxşarı olmayan nüfuzlu qurumdur.

Məlumdur ki, dövlət özünün müəyyən inkişaf mərhələsində bəzi funksiyalarını vətəndaş cəmiyyətinin institutlarına ötürməklə demokratik təsisatların və cəmiyyətin inkişafına təkan vermiş olur. Azərbaycanda bu gün vətəndaş cəmiyyətinin ən nümunəvi elementinə çevrilmiş Heydər Əliyev Fondu da məhz ümummilli lider Heydər Əliyevin sosial siyasət kursunun həyata keçirilməsində mühüm işlər görməklə Azərbaycan dövlətinin sosial funksiyasının reallaşdırılmasına əməli kömək göstərir. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara qayğının artırılması fondun genişspektrli fəaliyyətinin mühüm istiqamətlərindəndir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva əlillərin problemlərini daim diqqətdə saxlayır.

Heydər Əliyev Fondu tərəfindən son illər həyata keçirilən sosial islahatlar nəticəsində əlillərin sosial müdafiəsinin hüquqi cəhətdən tənzimlənməsində mühüm irəliləyişlər əldə edilib, bu sahədə yeni istiqamətlər, prioritetlər və məqsədlər müəyyənləşdirilib. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır. Bu mənada Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı sayəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb.

İKT-dən gözdən əlillərin istifadəsi ilə bağlı Gəncə, Naxçıvan və Yevlaxda resurs mərkəzlərinin yaradılması, Yeni Günəşli yaşayış massivində Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzinin, Bakının Nizami rayonunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin inşası, sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şağan 3 saylı və Saray 7 saylı internat evlərinin, Bakının Nizami rayonunda “Qayğı” Reabilitasiya Mərkəzinin, Mərdəkan qəsəbəsində Uşaq Tibbi Reabilitasiya Xəstəxanasının, Şüvəlan qəsəbəsində beyin iflicipoliomielit keçirmiş uşaqlar üçün 16 saylı xüsusi internat məktəbinin, Xəzər rayonunun Türkan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin yenidən qurulması Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi misilsiz layihələrdir. Bu müəssisələrin hər biri uşaqların lazımi tibbireabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz edilib. Fondun əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası sahəsində həyata keçirdiyi layihələr əsasında onların cəmiyyətə inteqrasiyası istiqamətində əsaslı işlərin görülməsinə nail olunub.

 

Hüquqi baza təkmildir

Son illərdə əlilliklə bağlı ölkə qanunvericiliyi xeyli təkmilləşdirilib, ümumilikdə, 10-a qədər yeni hüquqi-normativ akt qəbul edilib. Müvafiq qanunvericiliyə əsasən, əlilliyi olan şəxslərin təhsil alması və peşə hazırlığı keçməsi üçün dövlət lazımi şəraitin yaradılmasına təminat verir. 2001-ci ildə qəbul edilmiş “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanun, Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq proqramqaydalar əlillərin təhsili ilə bağlı məsələləri əhatə edir.

Onu da qeyd edək ki, hazırda Azərbaycanda sağlamlıq imkanları məhdud 18 yaşınadək 63 minə yaxın uşaq var. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” qanuna əsasən, belə uşaqların dövlət tibb müəssisələrində pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüquqları var. Qanuna uyğun olaraq, aidiyyəti qurumlar həmin uşaqların və 18 yaşından yuxarı əlilliyi olan şəxslərin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisasali təhsil almasını qanunvericiliyə uyğun olaraq təmin edirlər.

Prezident İlham Əliyevin 14 mart 2012-ci il tarixli fərmanı ilə tətbiqinə başlanılan “Sosial xidmət haqqında” qanun sağlamlıq imkanları məhdud uşaqlarla bağlı xidmətlər sferasında da çoxtərəfli rəqabət mühiti şəraitində səmərəli reabilitasiya imkanları yaradıb. Nazirlər Kabinetinin 2013-cü ildə təsdiq etdiyi “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”na müvafiq olaraq sağlamlıq imkanları məhdud uşaqlara sosial işçisosial xidmətçi tərəfindən evdə (səyyar) sosial xidmət göstərilə bilər.

Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya da qoşulmuşdur. Məhz sürətli inkişafbütün sahələrdə qabaqcıl beynəlxalq standartların tətbiqi prosesinin genişlənməsi, həmçinin dövlətin əlilliyi olan şəxslərlə bağlı siyasətini mütərəqqi dünya praktikasından irəli gələn yanaşmalara uyğun qurmaq əzmi artıq Azərbaycan Respublikasının 2008-ci ilin oktyabr ayında BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına və həmin konvensiyanın Fakültativ Protokoluna qoşulmasına şərait yaratmışdır. Konvensiyada müəyyən edilən ümumi öhdəliklərin səmərəli icrası üçün ƏƏSMN koordinator kimi müəyyən olunub, nazirlik yanında aidiyyəti dövlət qurumları və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarından ibarət işçi qrupu yaradılıb. İşçi qrupunun əsas vəzifəsi konvensiyadan irəli gələn tələblərin icrası üçün plan və strategiyaları əlaqələndirmək və reallaşmasını təmin etməkdir.

Həyata keçirilən tədbirlər çoxşaxəlidir

Azərbaycanda əlilliyi olan şəxslərə müvafiq qanunvericilikdə nəzərdə tutulan müddət qədər əmək stajları olduqda əlilliyə görə əmək pensiyaları verilir. Əmək pensiyası hüququ olmadıqda onlara sosial müavinətlər ödənilir. Ölkədə aparılan sosial-iqtisadi islahatlarla əlaqədar ölkə rəhbərliyi tərəfindən müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər də həyata keçirilir. Belə ki, “Sosial müavinətlərin artırılması haqqında” Azərbaycan Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanına əsasən 1 oktyabr 2014-cü il tarixə 65831 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın hər birinə 67 manat, eyni zamanda 128168 nəfər ümumi səbəbdən əlil olanlara (I qrup əlillərə 67 manat, II qrup əlillərə 50 manat, III qrup əlillərə 43 manat), 476 nəfər Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” əlil olanlara (I qrup əlillərə 83, II qrup əlillərə 66, III qrup əlillərə 60 manat) və 298 nəfər “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlil olanlara (I qrup əlillərə 77 manat, II qrup əlillərə 66, III qrup əlillərə 50 manat) sosial müavinət təyin olunaraq ödənilir.

“Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanına əsasən 1 aprel 2014-cü il tarixdən I qrup əlilliyə görə sosial müavinət alanlara 60 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. 1 oktyabr 2014-cü il vəziyyətinə 15929 nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənişi həyata keçirilir.

Bundan əlavə, müharibə əlilinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Prezidentinin 2014-cü il 17 mart tarixli 129 nömrəli Fərmanına əsasən 1 aprel 2014-cü il tarixdən müharibə əlillərinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinə yenidən baxılıb. Bu fərmana əsasən 18529 nəfər müharibə əlillərinin Prezident təqaüdünün məbləği I qrup əlillərdə 110 manatdan 150 manata, II qrup əlillərdə 85 manatdan 130 manata, III qrup əlillərdə 60 manatdan 100 manata çatdırılıb.

Eyni zamanda, Azərbaycan Prezidenti tərəfindən 18 mart 2014-cü il tarixdə imzalanmış 347 nömrəli sərəncama əsasən respublikamızın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriatmagistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub.

Bundan əlavə, bəzi kateqoriyadan olan əlil şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına da müavinət ödənilir. Belə ki, 8323 nəfər müharibə əlillərinin 16610 nəfər uşaqlarının və 653 nəfər I və II qrup Çernobıl AES əlillərinin 912 nəfər uşaqlarının hər birinə 12 manat məbləğində aylıq müavinət ödənilir.

İl ərzində də əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi sahəsində birdəfəlik olmaqla müxtəlif tədbirlər də görülüb. Belə ki, 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar olaraq 115 nəfər 20 Yanvar şəhid ailəsinin və 319 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım verilməsi təmin edilib. Sovet qoşunlarının Əfqanıstan Respublikasından çıxarılmasının 25-ci ildönümü ilə əlaqədar Əfqanıstanda hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 196 nəfər şəxsin hər birinə 100 manat məbləğində birdəfəlik maddi yardım verilib. Çernobıl AES-də baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olmuş 468 nəfər şəxsin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilib. 15 sentyabr - Bilik Günü münasibətilə tərkibində 2 və daha çox sağlamlıq imkanları məhdud məktəbli uşaqları olan 1535 ailənin 3200 uşağının hər birinə 30 manat məbləğində birdəfəlik maddi yardım edilib. İl ərzində 2258 ədəd sanator-kurort putyovkası əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən müxtəlif kateqoriyalardan olan imtiyazlı şəxslərə paylanılıb.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində görülən işlərin başlıca məqsədi onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasını təmin etməkdir. Başqa sözlə, əlil insanlara qayğı dəyişməyən sosial və mənəvi vəzifədir.

 

Hadi RƏCƏBLİ,

Milli Məclisin Sosial siyasət

komitəsinin sədri, professor

Azərbaycan.-2014.- 3 dekabr.- S.7.