Birləşmiş Millətlər Təşkilatının
Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv
olunması üzrə Komitəsinin 60-cı sessiyasında Azərbaycan
Respublikasını təmsil edəcək nümayəndə
heyətinin tərkibi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Birləşmiş Millətlər Təşkilatının Qadınlara Münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinin 9-27 fevral 2015-ci il tarixlərində BMT-nin Cenevrə ofisində 60-cı sessiyasında Birləşmiş Millətlər Təşkilatının “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası Hökumətinin beşinci dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə təsdiq edilsin:
Nümayəndə heyətinin başçısı
Hicran Hüseynova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Nümayəndə heyətinin üzvləri
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
Elsevər Ağayev - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Natiq Məmmədov - Azərbaycan
Respublikası əmək
və əhalinin sosial müdafiəsi nazirinin müavini
İntiqam Babayev - Azərbaycan
Respublikası gənclər
və idman nazirinin müavini
Yusif Yusifov - Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin
sədr müavini
Xaqani Rzayev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi
şöbəsinin müdiri.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
3 dekabr 2014-cü il
Azərbaycan.-2014.-
4 dekabr.- S.1.