İkili standartların dünya nizamı
və müasir Azərbaycan
Biz
hamımız son 25 ildə dünyanın geosiyasi xəritəsinin
necə
dəyişməsinin şahidiyik. Şərqi Avropa ölkələrində “məxməri
inqilablar” “sosializm düşərgəsi”nin dağılmasının və dünya
arenasında qüvvələrin yenidən yerləşməsinin başlanğıc nöqtəsi oldu.
Dünyanın yalnız bir mərkəzdən idarə edilməsinin təməli qoyuldu.
SSRİ dağılandan sonra ikiqütblü dünya faktiki olaraq bir qütblü
dünya ilə əvəz edildi və belə dünyada mövcud olmağın bütün
xüsusiyyətlərini biz artıq öz gündəlik həyatımızda hiss etməyə
başlayırıq.
İstər-istəməz bir faktı xatırlayıram. XX əsrin 80-ci illərinin
axırlarında Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında
müxtəlif, o cümlədən xarici ölkələrdən olan politoloqlarla
söhbətlərdə dəfələrlə eşitmişdim ki, SSRİ-nin dağılması praktiki
olaraq həll edilib və bunun ardınca Yaxın Şərqin “yenidən
formatlanması” dövrü başlanacaq.
İllər keçdi. “Ərəb baharı” hadisələrini müşahidə edərkən bu
qənaətə gəldim ki, kütlələrin şüuruna “üsyan etmək hüququ
vətəndaşların hakimiyyətin qəsb edilməsinə müqavimət göstərməsi
kimi təbii hüququdur” tezisinin yeridilməsi ilə yanaşı, burada,
əlbəttə, mükəmməl hazırlanmış texnologiyalar işləyir. Həmin
texnologiyaların müəllifləri və bu cür aksiyaların hazırlanma
mexanizmləri yaxşı məlumdur. Bu halda, nə qədər qəribə də olsa,
demokratik səsvermə və seçki prosedurları nəticəsində hakimiyyətə
gəlmiş hökumətlərə qarşı müqavimət göstərilir. 2
Hələ SSRİ-nin mövcud olduğu dövrdə Baltikyanı ölkələrə gələn
məşhur Cin Şarp vaxtilə Cənub-Şərqi Asiya materialı üzərində
işlənib hazırlanan metodların müəllifi və onların sınaqdan
çıxarılmasının təşəbbüsçüsüdür. Bu gün onu Vladimir Leninin və
Mahatma Qandinin bir növ simbiozu adlandırır və faktiki olaraq
“ərəb baharı”nın ideya atası hesab edirlər. Doğrudan da, “müsəlman
qardaşlar” və onlara yaxın təşkilatlar Şarpın “Diktaturadan
demokratiyaya doğru” və “Qeyri-zorakı hərəkətlərin 198 metodu”
kimi əsərlərini ərəb dilinə tərcümə edib kütləvi tirajla nəşr etməkdən
əlavə onları öz saytlarında da yerləşdiriblər. Lakin Lenini ruhlandıran
ayrıca götürülmüş bir ölkədə kommunizm qurmaq ideyası idisə,
Qandi isə passiv müqavimət yolu ilə öz vətəninin müstəqilliyinə nail
olmaq istəyirdisə, Şarp ilə bağlı halda biz yüksək ideyalar və
ideologiyalar görmürük. Əsas məqsəd dağıtmaqdır. Məhz dövlət
maşınının sındırılması xarici qüvvələrin “idarə edilən xaos” deyilən
vəziyyət yaratmasına imkan verir.
Siyasi ekspertlər hesab edirlər ki, Şarp Qərbin müxtəlif
ölkələrinin, xüsusi xidmətlərinin, o cümlədən ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsinin göstərişlərini yerinə yetirir. Aşkar görünür ki, onlar
həqiqətdən çox uzaqlaşmayıblar. Bununla belə etiraf etmək lazımdır
ki, o, həqiqətən dövlət hakimiyyəti ilə mübarizə arsenalına yeni
metodlar
və yanaşmalar daxil edib. Nümunə kimi məsələn,
bunu
xatırlatmaq kifayətdir ki, Qahirədəki Beynəlxalq
Qeyri-Zorakılıq
Münaqişələr
Mərkəzi müxtəlif ölkələrdən olan
müxalifətçiləri onun
ideyaları ilə tanış etmək üçün onları
müvafiq treninqlərə cəlb edirdi.
Bu gün
politoloqların çoxu qeyd edir ki, “rəngli inqilablar”
istənilən regionda təhlükəsizlik üçün təhdid
mənbəyinə çevrilir və
müstəsna olaraq ABŞ-ı qane etməyən hökumətləri
onun nəzarəti 3
altında olan rejimlərlə əvəz etmək məqsədi
güdür. Bütün bunlar
müxtəlif ölkələrdə, o cümlədən
keçmiş SSRİ məkanındakı
respublikalarda demokratikləşmə və üzdəniraq “demokratiya
proqramları” həyata keçirmək arzusu adı altında baş
verir.
ABŞ-ın
Rusiyadakı sabiq səfiri Maykl Makfl riyakarlıqla deyir ki,
bu
gün ABŞ Prezidenti Barak Obamanın nümayəndələri
“rəngli
inqilablar”a
sponsorluq etmirlər. Bununla belə, o da etiraf edir ki,
ABŞ əvvəllər bu işlə məşğul
olurdu. O,
Yuqoslaviyadakı “buldozer
inqilabı” və sonradan Serbiyada baş verən hadisələrdən
bəhs edərək
açıq etiraf edir ki, “vəziyyətin sabitliyini pozmaq
üçün müxalifətə
birbaşa pul verilirdi və bu, öz işini gördü”.
Lakin
Şarpın texnologiyaları hakimiyyətin iflic
olmasını təmin
etmək
lazım gələndə işə düşürsə,
guya Amerikanın siyasi
mədəniyyət modelini populyarlaşdıran ictimai təsisatlar
şəbəkəsi
yaratmaq
praktikası bir qədər fərqlidir. Aparılan təhlil
göstərir ki,
əslində xaricdəki müvafiq strukturlar “Amerika
demokratiyası”nın
irəlilədilməsi üzrə potensial baxımdan fəal
agentə çevrilə biləcək hər
kəsin
qeyri-hökumət təşkilatları çərçivəsində
dəstəklənməsi,
öyrədilməsi və təşkil edilməsi ilə
məşğul olurlar.
Onlar
yaxşı bilirlər ki, yalnız müvafiq sayda QHT-lər
olduqda,
onlar
müntəzəm maliyyələşdirildikdə və təlimatlandırıldıqda
bu
QHT-lərə kafi sayda şəxs cəlb etmək olar. Yalnız bundan sonra
müvafiq instansiyalara raport vermək mümkün olacaq ki, bu və
ya
digər
ölkədə “rəngli inqilab” üçün artıq
baza yaradılıb. Bundan sonra
artıq
sınaqdan çıxarılmış sxemlər işə
düşəcək. Bu halda ədalət
uğrunda mübarizənin qeyri-zorakı metodlarının nə
vaxt öz yerini
zorakılığa güzəşt edəcəyi və
qarşısıalınmaz faciəli nəticələrə
gətirib
çıxaracağı həddi müəyyən etmək
çətindir.
Kütlələrin
şüuruna əvvəlcədən “xalqın üsyan etmək
hüququ”
kimi
müəyyən fikirlər yeridilir. Belə bir tezis də
yayılır ki, inqilab
guya
rasional və kortəbii şəkildə baş verən hadisədir,
yaranmış
ziddiyyətlər düyünündən çıxış yoludur.
Lakin “rəngli inqilablar”
dövrünü yaşamış ölkələrin təcrübəsi
göstərir ki, bu inqilablar həyata
keçiriləndən sonra problemlərin və ziddiyyətlərin
həcmi qat-qat
artır.
Biz
xalqın hüququ barədə danışanda bu problemin
hüquqi
aspektlərini təfsilatı ilə öyrənmiş mütəfəkkirlərə
müraciət etmək
yerinə
düşərdi. Bu aspektlər hüquq məsələlərində
şəksiz nüfuz
sahibi
olan İmmanuil Kantın əsərlərində yetərincə
aydın şərh edilib.
Hüquq
prinsipləri və qiyam
İ.Kant 1793-cü ildə
yazılmış “Zərb-məsəl haqqında” əsərində
üsyanı “cəmiyyət çərçivəsində ən mənfur
və ən ciddi cəzalandırılan
cinayət” hesab edir, çünki o, cəmiyyətin əsaslarını
dağıdır. O, öz
fikrini
davam etdirərək yazır: “Xalq öz hüququna bu yolla nail
olmaqla ən
böyük ədalətsizlik edir, çünki hüquq ən
azı təsir
göstərmir”1. Bu halda filosof belə hesab edir ki, qiyamların ədalətli
olması
barədə bütün mülahizələr ona əsaslanır
ki, bu halda
təsəvvürəgəlməz nemətlər haqqında
bütün vədlərə baxmayaraq,
“hüquq prinsipi” özü nəzərə
alınmır. Məhz bu hüququn pozulması
ona gətirib
çıxarır ki, hər bir qiyam anarxiya vəziyyəti ilə
başa çatır.
Beləliklə,
yüksək ideallar naminə edilən hərəkətlər
xalqın bir hissəsi
tərəfindən onun digər hissəsinə
münasibətdə törədilən ən böyük
ədalətsizliyə gətirib çıxarır.
Mütəfəkkirin mülahizələrində iki prinsip qarşı-qarşıya qoyulur:
hüquq
prinsipi və xoşbəxtlik prinsipi. Paradoks ondan ibarədir
ki,
məhz
bu prinsiplərin saxtalaşdırılması xalqın
dövlət hakimiyyətini
devirmək hüququ barədə məsələlərdə
çaşqınlığa gətirib çıxarır, bu
da
öz növbəsində xalqın hüququnu kobud şəkildə
pozur.
Xalqın
istənilən hakimiyyətə, o cümlədən
istibdadçı
hakimiyyətə müqavimət göstərmək hüququ prinsipini
Kantın nəyə
görə inkar etməsini təhlil etməyə
çalışaq. Kantın arqumentlərini
nəzərdən keçirək:
- təbəələr xoşbəxtliyə təbii
can atmaq naminə hökmdarı
devirmək istəyirlər, lakin “müqavimət hüququnun əsaslandırılması
zamanı
xoşbəxtliyə istinad etmək prinsipcə
yararsızdır, çünki o,
təqdim
edilən və tələb olunan maddi məqsədlərə
aiddir”, onlar isə
subyektivdir və deməli, ümumilik çatışmır. Təbəənin
vəzifəsi
istənilən hakimiyyətə qanuni hakimiyyət kimi tabe olmaqdır;
- dövlət qanunvericiliyində müqavimət
göstərmək hüququnun
nəzərdə tutulması “dövlətin nüfuzunun ikiləşməsinə”
və dövlət
hakimiyyətinin vəhdətinin pozulmasına gətirib
çıxarardı, çünki o,
narazı
təbəələrin hakimlərə çevrilməsinə
imkan verərdi;
- müqavimət hüququ konstitusiyada ziddiyyət
yaradır, çünki
müqavimət hüququ mövcud olduqda “qanunverici hakimiyyət başqa
bir
hakimiyyətə onun qanunvericiliyini, eləcə də onun
özünü
dağıtmaq hüququ verir. Bu dağıtma dağıdıcı
normanın özünün
əsasında baş verir, bu isə ziddiyyətlidir”;
- qarşıdurmada istər-istəməz belə
bir sual yaranır: hökmdar ilə
xalqın
mübahisəsində hakim kim olacaq? Hər bir ali
hakimə qarşı6
yeni
müqavimət hüququ irəli sürülə bilər,
buna görə də biz
sonsuzluğa gedib çıxa bilərik;
- xalqın dövlət haqqında mühakimə
yürütmək səlahiyyəti
yoxdur,
çünki o, şəxsi fikirlərlə məhduddur,
dövlət təsis edildikdə
isə
“xalq özünün məcburedici mühakimə səlahiyyətini
ona verir”;
- xalqın dövlətə münasibətdə
məcburi hakimiyyət hüququ
yoxdur,
çünki xalq dövlət deyil, amma dövlətin
tabeliyindədir;
- müqavimət hüququ yalnız məcburi
hakimiyyətə məxsus
olmalıdır, o, bütün məcburiyyət hüquqlarını həyata
keçirməyə
borcludur.
Kanta
görə müqavimət yalnız qanuni konstitusiyanı məhv
edən
müqavimət kimi, bütün mülki-hüquqi münasibətlərin
və deməli,
istənilən hüququn çevrilişi kimi başa
düşülür.
Beləliklə,
müqavimət hüququ, ilk növbədə, dövlətin
konstitusiyası ilə uzlaşmır. Dövlət hakimiyyətinin
mümkün qeyrimükəmməlliklərinə
baxmayaraq,
onun dəyişdirilməsi üçün müəyyən
mexanizmlər mövcuddur. Bu mexanizmlərin hər hansı şəkildə
pozulması, ilk növbədə, hüquqi kollapsa gətirib
çıxarır.
Kanta bu qədər
müfəssəl müraciətdən aydın olur ki,
hakimiyyətin dəyişdirilməsinin yeni mexanizmləri əhalinin
bir
hissəsinin hüquqi savadsızlığından istifadə edərək,
onun şüuruna
hüquq
ideyasına tamamilə yabançı fikirlər yeridir.
Kantın irsinə
müraciətdən aydın olur ki, “xalqın üsyan
etmək hüququ” söz
birləşməsinin özü yüksək dərəcədə
absurddur.
İkili
standartlar siyasəti və “beşinci kolon”
Bu il sentyabrın axırlarından başlayaraq,
artıq iki aydır ki,
dünya
bu dəfə Honkonqda növbəti “rəngli inqilab” cəhdinin
şahididir. Bu hadisələr bizə bir daha göstərdi ki,
dünyada müəyyən
qüvvələr onları qane etməyən hakimiyyətin dəyişdirilməsi
üçün
“rəngli inqilablar”dan istifadə etmək
praktikasından hələ imtina
etməyiblər. Hərçənd, bu inqilabların bütün mənfi
nəticələri və
onların doğurduğu hərc-mərclik göz
qabağındadır.
Belə kəskin
etirazların təşkil olunmasında əsas rol oynayan
üzdəniraq “beşinci kolon”dur. Bəs “beşinci kolon” nədir və
onun
ilhamvericisi kimlərdir? Müxtəlif ölkələrdə
“beşinci kolon” fərqli ola
bilər.
Təcrübə göstərir ki, müvafiq ekspertlər
konkret ölkədəki
vəziyyəti hərtərəfli öyrənir və
çoxsaylı amillərdən asılı olaraq
əhalinin bu və ya digər qruplarından “beşinci kolon”
formalaşdırmaq
üçün həmin qrupları seçirlər.
Məlumdur
ki, bu anlayış ilk dəfə keçən əsrin 30-cu
illərinin
ortalarında Madridə hücum edən frankistlər tərəfindən
işlədilib.
Həmin
dövrdə general Frankonun ordusu Madrid üzərinə
dörd
kolonla
hücum edirdi, beşinci kolon dedikdə isə, onun arxa cəbhədə
işləyən agentlərinin və təxribatçılarının
pozucu fəaliyyəti başa
düşülürdü. Sonrakı illərdə
bu terminin mənası xeyli dəyişib.
Bu gün
“beşinci kolon” anlayışının interpretasiyaları
çoxdur –
ölkə daxilində agentura şəbəkəsindən
başlamış, digər dövlətlərin
mənafelərini təmin edən, yığcam şəkildə
yaşayan etnik və dini
qruplara
qədər. Tarixçilər bu söz birləşməsindən
düşmən ölkələrin
pozucu
agenturasını göstərmək üçün istifadə
edirlər. Çox vaxt bu
termin
kollaborasionizmə, yəni, düşmənin mənafeyi
üçün, öz 8
dövlətinin ziyanına düşmənlə şüurlu,
könüllü və bilərəkdən
əməkdaşlığa bərabər tutulur. Beləliklə,
“beşinci kolon” birbaşa və ya
dolayısı ilə xarici hökumətlər üçün
işləyən və fəaliyyəti öz ölkəsinin
milli
maraqlarına müxtəlif üsullar və metodlarla ziyan
vurmaq
məqsədi güdən ayrı-ayrı insanlar, yaxud insan
qrupları, təşkilatlar
və hərəkatlardır.
Ən təəccüblüsü budur ki, bəzən hər
hansı mühüm
proseslərdə özünün iştirak etməsi faktına aludə
olan “sütül” gənclər
onlardan
öz məqsədlərinə nail olmaq üçün alət
kimi istifadə
edilməsini yaxşı təsəvvür etmirlər.
Bu sahədə
spesifik meyil ondan ibarətdir ki, beynəlxalq
münasibətlərdə qarşılıqlı
asılılığın qloballaşması və güclənməsi,
ayrı-ayrı qeyri-hökumət təşkilatlarının (QHT) beynəlxalq
arenaya
çıxması və insan hüquqları kateqoriyasının transmilliləşməsi
nəticəsində “beşinci kolon” müasir şəraitə
uyğunlaşaraq yeni forma
kəsb
edib.
Bu gün
müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatları,
ABŞ-
ın,
onun Avropadakı müttəfiqlərinin beyin mərkəzləri
və adi QHT-lər
öz həqiqi
məqsədlərini maskalayaraq guya insan hüquqlarının
müdafiəsi, demokratik dəyərlərin və bazar
iqtisadiyyatının təşkilati
əsaslarının yayılması üçün
bütün dünyada öz filiallarının nəhəng
şəbəkəsini yaradıblar. Yeni tipli “beşinci
kolon” rolunda çıxış edənlər
də məhz
onlardır. İnkişaf etməkdə olan ölkələrdə,
xüsusən
postsovet
məkanındakı ölkələrdə göstərilən
strukturlar həmin
dövlətlərin qanunvericiliyi ilə hesablaşmadan
işləyirlər. Bu
təşkilatların əksəriyyəti Qərb dövlətlərinin
hökumətlərindən birbaşa
və
ya xüsusi xidmətlərin formalaşdırdığı
müxtəlif fondlar vasitəsilə
çox
böyük məbləğdə maliyyə dəstəyi
alır. 9
XXI əsrdə
Qərbin başqa regionlardakı dövlətlərə
münasibəti
yalnız
forma etibarilə dəyişib. İnkişaf etmiş Qərb
dövlətləri, o
cümlədən ABŞ bu gün də əvvəlki kimi
açıq-aydın ikili standartlar
siyasəti yürüdür, insan hüquqlarından hökumətlərə
təzyiq aləti kimi
istifadə etməklə dünyanın əksər ölkələrinin
daxili işlərinə qarışır.
Onlar məhz
bu məqsədlə həmin ölkələrdə yeni tipli
“beşinci
kolon”lar
formalaşdırır və onların köməyi ilə həmin
dövlətlərin daxili
və
xarici siyasətini müəyyən etməyə
çalışırlar. Bu praktikanın
məqsədi insan azadlıqlarının və hüquqlarının
müdafiəsi deyil,
konkret
siyasi və iqtisadi səmərə əldə etmək
üçün bu və ya digər
dövləti arzu olunan güzəştlərə məcbur etməkdir.
XXI əsrdə
beynəlxalq münasibətlərdə güc siyasətinin yeni
formasının
reallaşması məhz bundan ibarətdir.
Demokratiyanın
yayılması
ABŞ-ın
milli mənafeləri kontekstində
Tədqiqatçıların
çoxu bu fikirlə razıdır ki, beynəlxalq
münasibətlər sistemi üçün ən təhlükəli
amil demokratiya ideyası
pərdəsi altında siyasi xarakterli müxtəlif ideyaların təbliğ
edilməsidir. Faktiki olaraq birqütblü dünyaya transformasiya
etmiş
müasir
postbipolyar dünyada ABŞ-ın siyasətini məhz bu
sözlərlə
təsvir
etmək olar. Bu, o cümlədən Barak Obamanın
baxışlarında
aydın
təzahür edir. O, “sülh” şüarları altında
ABŞ-ın milli maraqlarını
fəal
təbliğ edir. Obama, məsələn, “Klintonun qlobal təşəbbüsü”
adlı
illik
forumdakı çıxışında bildirib ki, xarici
ölkələrdə vətəndaş
cəmiyyətinin dəstəklənməsi milli təhlükəsizlik məsələsidir
və
Vaşinqton həmişə, bütün dünyada
müxtəlif QHT-ləri dəstəkləyəcək. 10
İlk
baxışda demokratiyanın yayılması kimi humanist
niyyətlərin arxasında ABŞ-ın tamamilə real siyasi məqsədləri
dayanır. Barak Obamanın bu bəyanatı əyani şəkildə
göstərir ki, ABŞ-
ın
QHT-lərə, vətəndaş cəmiyyəti təşkilatlarına,
insan hüquq və
azadlıqlarına diqqəti yalnız və yalnız Amerikanın geosiyasi
maraqlarından irəli gəlir. Onların arasında sözəbaxan və
ABŞ-ın
göstərişlərini yerinə yetirən qrupların
hakimiyyətə gəlməsinin
dəstəklənməsini, Amerika kapitalının yeni bazarlara
nüfuz etməsini
və
başqa ölkələrin təbii sərvətlərinin
istismarının yeni formalarının
tətbiq
olunmasını, onları özündən daha çox
asılı etmək məqsədilə
müxtəlif millətlərin milli və mədəni xüsusiyyətlərinin
nivelirlənməsini, “istehlakçı demokratiya və mədəniyyət”
formalaşmasını və s. qeyd etmək olar. Bəziləri
bunu
müstəmləkəçiliyin müasir forması
adlandırır, bəziləri dünya
iqtisadiyyatının yeni bazarlar axtarmağa məhkum
olması barədə
danışır və s. Lakin məsələnin mahiyyəti bununla dəyişmir.
Digər
tərəfdən, Barak Obama bəyan edir ki, demokratiyaya
doğru
irəliləyən və insan hüquqlarının müdafiəsi
təsisatlarını inkişaf
etdirən hər bir ölkə bizim dostumuzdur və biz onları həmişə
dəstəkləyirik. Bu bəyanatlar da həqiqətdən
son dərəcə uzaqdır və
yuxarıda göstərilən siyasətin davamıdır. Məsələn,
Vaşinqton
demokratiyanın yayılması inamını deyil, özünün
geosiyasi
maraqlarını əsas götürərək İran-İraq
müharibəsi dövründə Səddam
Hüseynin
qeyri-demokratik rejimini silahla təchiz etməklə onu
dəstəkləyirdi. Əlbəttə, “düşmənimin
düşməni mənim dostumdur”
prinsipinə istinad etmək olar, lakin indiki halda bu tezis regionda
sülh
yaradılmasına kömək etmək istəyindən daha
çox, ABŞ-ın siyasi
və
iqtisadi maraqlarını əks etdirir. 11
Amerika
Administrasiyası onilliklər boyu siyasi realizmin,
hələ bu məktəbin banisi Hans Morgentau tərəfindən
ifadə edilmiş
başlıca prinsiplərini pozur. Biz bütün bu prinsipləri hərtərəfli
müzakirə etmək fikrində deyilik. Onlardan yalnız birini göstərək:
“Universal
mənəvi dəyərlər bu və ya digər dövlətlərin
siyasətini
qiymətləndirmə vasitəsi ola bilməz. Dövlətlər
salamat qalma
prinsipini
mənəvi dəyərlərdən üstün
tutmalıdırlar... Müxtəlif
dövlətlərdə mənəvi normalar müxtəlifdir”2.
Morgentaunun
bu tezislərindən çıxan nəticə belədir:
dövlətlərin
siyasəti barədə xeyir və şər baxımından
mühakimə yürütmək olmaz.
Başqa
sözlə desək, ABŞ üçün şər hesab
edilə biləcək məsələ başqa
dövlətlər üçün heç də belə deyildir. Siyasətdə
mənəvi normalar ilə
manipulyasiya etməkdən çəkindirən “milli maraq”
kateqoriyası bu
problemi
çox səmərəli şəkildə həll edir. Beynəlxalq
arenada
dövlətlərin milli mənafeləri
qarşısında hətta hüquqi öhdəliklər də
geri
çəkilməlidir və bu, Morgentauya görə “beynəlxalq
siyasətin
dəmir
qanunu”dur.
Digər
tərəfdən, Morgentaunun mənəvi normaların
heç də
universal
olmaması barədə fikri onu göstərir ki, beynəlxalq
münasibətlər sistemi milli maraqlardan və siyasi
məqsədəuyğunluqdan çıxış edərək
interpretasiya olunmalıdır. Əks
halda, mənəvi
normalar dövlətlərin dünya arenasında
davranışını
qiymətləndirmək üçün sadəcə səmərəsiz
olacaq.
Buna
baxmayaraq, bugünkü Obama Administrasiyası bu və ya
digər
dövlətlərin fəaliyyətinə yalnız öz
siyasi istəkləri baxımından
çıxış edərək qiymət verməyə
çalışır. Ağ Ev hətta bununla da
hesablaşmaq istəmir ki, dünyada hər bir ölkənin öz
maraqları,
inkişaf məqsədləri və siyasi mədəniyyət
xüsusiyyətləri vardır.
Dünyada
bütün ölkələrin ABŞ tərəfindən
göstərilən qaydalar üzrə
yaşayacağını gözləmək olmaz. Bu, apriori
qeyri-mümkündür, çünki
dünya
özü eyni deyil, müxtəlifdir.
Hətta
eyni ailədə doğulmuş və eyni tərbiyə
almış uşaqlar da
müxtəlifdir, nəinki Yer kürəsinin müxtəlif nöqtələrində
yerləşən,
tarixən formalaşmış sosial, iqtisadi, mənəvi və
siyasi struktura,
özlərinin milli mənafelərinə malik olan ölkələr.
Müxtəlif dövlətlər
arasında siyasi münasibətlərin məzmunu müxtəlif
olduğu kimi,
dünya
da rəngarəngdir. Ağ Evin xarici siyasət strateqlərinin
bunu
başa
düşməsinin vaxtıdır. Hərçənd,
onların bunu dərk etmədiklərini
güman
etmək çətindir. Lakin iş burasındadır ki,
müxtəlif, o
cümlədən ABŞ-ın “milli maraqları” haqqında
şüarlarla pərdələnən
siyasi məqsədləri
bütün gerçəklikləri üstələyir.
Beynəlxalq
münasibətlərin regionallaşması ideyasını
Kopenhagen Beynəlxalq Təhlükəsizlik Məktəbi
də təsdiq edir. Bu
məktəbin nümayəndəsi, London İqtisadiyyat və Siyasi
Elmlər
Məktəbinin
professoru Barri Buzan yazır ki, bipolyar (ikiqütblü)
beynəlxalq münasibətlər sisteminin dağılması və
Qərb ilə Şərqin
ideoloji
qarşıdurmasının başa çatması şəraitində
müxtəlif
regionlarda
müstəqil beynəlxalq siyasi prosesin həcmi artır3.
3 Security:
A New Framework for Analysis Barry Buzan, Ole Wæver, Jaap de Wilde
1997
Ona
görə də bu müəllifin fikrincə, postbipolyar
dünyada
beynəlxalq münasibətlərin qlobal səviyyəsi prinsiplərinin
regiona
proyeksiyası imkanları azalır. Regional dövlətlər öz
xarici siyasətinin
manevr dərəcəsini
daha çox gücləndirmək imkanı qazanırlar.
Bütün
bunlara əsasən
güman etmək olardı ki, qlobal qüvvələr müxtəlif
regionlarda
inkişafın dəyişən məntiqinə
uyğunlaşmalıdırlar. Lakin
reallıqda belə deyil. ABŞ-ın və onun Qərbdəki
müttəfiqlərinin xarici
siyasət strategiyası öz hegemonluğunu nümayiş etdirərək
hələ də
bu və
ya digər regional şəraitə uyğunlaşmaq istəmir.
Belə hərəkətlər
reallığa uyğun gəlmir, dünyanın müxtəlifliyi ilə
ziddiyyət təşkil edir.
Məsələn,
ABŞ-ın yürütdüyü xarici siyasətin
effektivliyinin
məhdudlaşdırıcısı məhz budur.
Lakin Qərbin
ən səmimi politoloqlarından biri olan Zbiqnev
Bjezinski bu fikirlə razılaşmır. O, hesab edir ki, lider
mövqeyi tutan
ABŞ dünyada qaydanı bərpa edən “böyük
qardaş” rolunda çıxış edir.
Onun
fikrincə, “ABŞ əsas sülhməramlı rolunda
çıxış edib və bundan
sonra da
çıxış edəcəkdir”. Lakin təəssüf
ki, faktlar hələlik tamam
başqa
mətləbdən xəbər verir. ABŞ-ın xarici siyasətində
ədalətsizlik
və
subyektivizm üstünlük təşkil edir.
Müasir
dünyanın inkişaf təcrübəsi göstərir ki,
birqütblülük, bir
güc
mərkəzinin üstünlüyünün artması xalqlar
və dövlətlər arasında
etimadın azalmasına gətirib çıxarır. Bu qeyri-sabit
konstruksiya
beynəlxalq münasibətlərin harmonikləşməsinə təsir
göstərməyə,
dünyada nizam yaradılması, regional və qlobal təhlükəsizliyin
təmin
edilməsi üçün əsas kimi xidmət etməyə qabil
olmamasını sübut
edib.
Dünyanı öz maraqlarına uyğun olaraq yenidən
qurmaq əsla
ağlabatan deyildir. Axı, asanlıqla görmək olar ki, demokratik
dəyərlər pərdəsi altında gizlədilmiş mənafelərin
aqressiv şəkildə14
irəlilədilməsi Barak Obamanın hesab etdiyi kimi, liberal
Amerika
ideyalarının lokomotivi deyil, əksinə, bu ideyaların
yayılması yolunda
əngəl olur. Bunu hətta beynəlxalq münasibətlər sahəsində
görkəmli
Amerika alimləri, məsələn, Stiven Uolt da
vurğulayır.
O
yazır: “Liberalizmin əsas xüsusiyyətləri olduqca cəlbedicidir
və mən
taleyimdən çox razıyam ki, demək olar, bütün həyatımı
(əsasən) liberal Amerikada
yaşamışam. Lakin bu cür baza
əhəmiyyətli liberal prinsiplərin mənəvi cəhətdən
cəlbediciliyi heç də
o demək
deyildir ki, bu, xarici siyasətin həyata keçirilməsi
üzrə
sağlam
və məntiqli rəhbər vasitədir. Əslində, son
iki onilliyin tarixi
onu
göstərir ki, əgər böyük dövlət öz
xarici siyasətini əsas etibarilə
liberal
ideallara uyğun olaraq həyata keçirsə, bu, labüd surətdə
həmin
siyasəti baha başa gələn uğursuzluqlara gətirib
çıxaracaqdır.
Təəssüf
ki, son 20 ilin təcrübəsi liberalizmin xarici siyasətin həyata
keçirilməsində pis məsləhətçi
olduğunu göstərir ...”4.
Onun
fikrincə, liberalizm xarici siyasət məsələlərində
dəqiq
strategiya
verə bilməz. Əgər bu və ya digər dövlət
beynəlxalq
arenada
beynəlxalq siyasətin həyata keçirilməsinin Qərb
anlayışlarını
və dəyərlərini
rəhbər tutmursa, Vaşinqton buna ciddi qəzəb və
nifrət
bildirməklə reaksiya verir. Bu isə reallıqda yaranmış mürəkkəb
vəziyyəti daha da gərginləşdirir.
Belə
stereotip onunla şərtlənir ki, liberalizm konsepsiyası
amerikalı siyasətçilərin əksəriyyətinə
liberal Qərb dəyərlərinin
alternativsizliyi ideyasını aşılayır. Buna görə də
amerikalı siyasətçilər
4 Democracy, Freedom, and Apple Pie Aren't a Foreign Policy.
Stephen M. Walt
http://www.foreignpolicy.com/articles/2014/07/01/american_values_are_to_bl
ame_for_the_worlds_chaos_democracy_human_rights_ukraine_iraq
http://inosmi.ru/world/20140703/221401996.html15
hətta
təsəvvür edə bilmirlər ki, onların
dünyasından fərqli, öz
dəyərləri və əxlaqı olan dünya da var. Bu cür
davranış ABŞ-ın xarici
siyasətinin manevr imkanlarını xeyli məhdudlaşdırır və
çox güman
ki, bu
siyasətin həyata keçirilməsinə kömək etməkdən
daha çox
münaqişələrdə “özününkülər və
yadlar” qütbləşməsini gücləndirir.
ABŞ-ın
xarici siyasətinin patriarxlarından biri olan professor
Henri
Kissincer də “Dünya nizamı: millətlərin xarakteri və
tarixin
gedişi
barədə düşüncələr” adlı yeni
kitabında bugünkü dünya
nizamının böhranından bəhs edərək yazır:
“Birqütblü zaman kəsiyi
bu
gün özünün şərəfsiz sonluğuna
yaxınlaşır. Kiçik Corc Buş
dövründə 11 sentyabr (2001-ci il) terror aktlarından sonra Amerika
öz
üzərinə gücü çatmayan bir vəzifə
götürüb, onun birinci
prezidentlik müddətində isə xarici siyasətin militaristləşdirilməsi
baş
verib,
bunun nəticəsində ən yaxşı halda
Əfqanıstanda işlər düyünə
düşüb, İraqda mürəkkəb vəziyyət yaranıb. Nəticə
budur: Qərb
alyansında parçalanma, Amerika cəmiyyətində məyusluq və
teokratik
İranın güclənməsi. Barak Obama dövründə
Birləşmiş Ştatlar
öz fəaliyyət
xəttinin təshihində ola bilsin ki, çox uzağa gedib.
Əvvəlcə
İraqdakı, sonra isə Əfqanıstandakı Amerika əsgərlərinin
evə
qaytarılması vurğulanır. Lakin indiki dövrdə Birləşmiş
Ştatlar Yaxın
Şərqdə
yenidən hərbi əməliyyatlara başlamağa
hazırdır, habelə
Putini dayandırmaq üçün səy göstərir. Ərəblərin
oyanmasından
sonra
yürüdülən siyasəti də ardıcıl siyasət
adlandırmaq çətindir...”.
Henri
Kissincerin gəldiyi qənaət qlobal geosiyasətin əsas
prinsiplərini yeniləşdirməyin zəruri olmasından ibarətdir.
Onun
“beynəlxalq münasibətlərin mövcud
sistemi böhran keçirir” tezisi
müasir
reallığı əks etdirir. H.Kissincerin fikrincə, bu
gün hətta sərt
güc
tətbiq edilməsi bahasına da olsa, Amerika dəyərlərinin
bütün 16
dünyada yayılmasının tərəfdarları
ABŞ-ın xarici siyasətində
möhkəm mövqe tutur.
Dünya
nizamının təmin edilməsi mexanizmlərinin əksəriyyəti
yetərincə çoxdan formalaşıb. Beynəlxalq münasibətlərdə
müasir
böhranın səbəbi onunla bağlıdır ki, bu münasibətləri
ağlabatan
şəkildə yenidən qurmaq, müasir reallıqlara
uyğunlaşdırmaq əvəzinə
onları
sındırırlar. Heç də təsadüfi deyil ki,
“Müasir dünyanın əsasını
təşkil edən qayda konsepsiyasının böhran vəziyyətində
olmasını”
vurğulayan Henri Kissincer bunu iri dövlətlərin qüvvələr
tarazlığı
yaratmağa deyil, özlərinin maraqlarını maksimum təmin
etməyə
çalışmaları ilə izah edir. Yeri gəlmişkən,
o, dünya nizamının
böhranının başqa bir səbəbi barədə
də yazır: bütün bunların
arxasında Amerika Birləşmiş Ştatlarının dünyada
liderliyi təmin
etmək
üçün yeni üsullar axtarması dayanır.
Lap
yaxın vaxtlarda – noyabr ayının ortalarında
Avstraliyanın
Brisben
şəhərində “böyük iyirmiliyin” (G20) sammitində
Barak
Obama Henri
Kissincerin gəldiyi bu nəticələri bir növ təsdiq
edərək,
ABŞ-ı
hər hansı təhdidə davam gətirməyə qabil olan
“yeganə dünya
dövləti” adlandırıb. Bu, dünya birliyinə yeni xəbərdarlıq
siqnalı idi ki,
o,
“çoxqütblü dünya arzusunda olmasın”.
Həqiqətən
də, Ağ Evin “regionda sülhü və həmrəyliyi təmin
edirik”,
“demokratiyanı yayırıq”, “regiona sabitlik gətirmək
istəyirik”
kimi bəyanatlarının
arxasında bu gün tamam başqa məqsədlər
dayanır. Bunu yəqin etmək üçün müasir
dünyada dövlətlərarası
münaqişələrin və müharibələrin
yaranması səbəblərinə obyektiv
nəzər salmaq kifayətdir.
Amma hər
halda, hətta Henri Kissincer kimi görkəmli alim,
beynəlxalq münasibətlər üzrə mütəxəssis və
ABŞ-ın xarici 17
siyasətində böyük iş təcrübəsi olan bir adam sistemin
böhranından danışırsa, Barak Obama Administrasiyası
ABŞ-ın bu cür
xarici
siyasətinin qüsurlu olması barədə
düşünməlidir.
Şübhə
yoxdur ki, beynəlxalq münasibətlərdəki müasir
böhran
ABŞ-ın siyasəti ilə bağlıdır. Bu böhranın
kökü amerikalı alim C.Nay
tərəfindən neoliberalizm baxımından işlənib
hazırlanmış “yumşaq
güc”
(soft power) nəzəriyyəsinin düzgün implementasiya
edilməməsi
ilə
bağlıdır. “Yumşaq güc” dedikdə, ilk növbədə,
qeyri-hərbi
vasitələr, iqtisadi, informasiya, mədəni və digər təsir
tədbirləri
nəzərdə tutulur. Bu nəzəriyyənin inkişafında əsas
oyunçular qeyridövlət
subyektləridir. C.Naya görə, “yumşaq güc” “sənin ölkənin
istədiyini başqa ölkələrin istəməsinə nail
olmaq, çəkindirmək və
məcbur
etmək əvəzinə onları cəlb etmək və
onlarla əməkdaşlıq
etmək
bacarığıdır”5.
Bəli,
dünya birliyi qlobal səviyyədə Amerikanın siyasətinə
alternativ
təqdim edə bilməyib. Sonuncu alternativ kommunizm idi,
lakin bu
eksperiment özünü doğrultmadı. Sosialist düşərgəsi
parçalanandan sonra ABŞ bütün dünyada vesternləşmə
siyasətində
nəzərəçarpacaq uğurlar qazandı. Lakin çox
vaxt Amerikanın
dünyaya gətirdiyi “aydınlıq və demokratiya” ideyaları
heç də
humanist
üsullarla inkişaf etdirilmir. Nümunələr
istənilən qədərdir.
Amerika
demokratik tranzit nəzəriyyəsində bu postulata hətta
“gücə
əsaslanan demokratik tranzit nəzəriyyəsi” deyilən ayrıca
bir
istiqamət də həsr edilib. Lakin təcrübə göstərir
ki, Yaxın Şərqdə bu
cür
eksperimentlər tərəqqiyə, sülhə və
demokratiyaya deyil, daha
çox
terrorizmin, ümumi hərc-mərcliyin və gərginliyin
görünməmiş
5 Nye, Joseph. Bound to Lead: The Changing Nature of American Power (New
York: Basic
Books, 1990)18
dərəcədə artmasına gətirib
çıxarır. Bu strategiya kiçik C.Buşun
prezidentliyi dövründə çox populyar idi.
Yeri gəlmişkən,
ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt da
bunu
etiraf edir. O, 2014-cü il noyabrın 21-də
Demokratiyaya
Dəstək
Milli Fondunda çıxışında qeyd edib ki,
demokratiyanı
irəlilətmək səyləri onun militaristləşmiş
aspekti ilə assosiasiya
edilməyə başlayıb. “Amerikanın səsi” radiosu 2014-cü il noyabrın
21-də
Olbraytın bu sözlərini sitat gətirib: “Demokratiya əvvəlki
administrasiyanın fəaliyyəti nəticəsində, o cümlədən
İraqda baş
verənlərə görə pis reputasiya qazanıb”.
Dünya
ictimaiyyəti Barak Obamanın ABŞ rəhbərliyinə gəlməsi
ilə
bu təcavüzkar
xarici siyasətin dəyişəcəyinə ümid edirdi. Bəs
bu gün
biz nə
görürük? Suriyada və İraqda özlərini
“İraq-Şam İslam Dövləti”
(İŞİD) adlandıran terrorçu qruplaşmaya
qarşı əməliyyat genişlənir.
Halbuki bu
qruplaşmanı ABŞ özü Suriya müxalifətini
silahlandırmaqla, bunun nəticələrini proqnozlaşdırmadan
yaradıb.
Bu gün
Amerika generalları hətta hava hücumları ilə kifayətlənmir,
İŞİD-in
məhv edilməsi üçün təkcə hava
hücumlarının səmərəli
olmamasına əsaslanaraq, Ağ Evdən quru qoşunlarının
buraya
yeridilməsini tələb edirlər. Məğrib ölkələri
ABŞ tərəfindən öz keçmiş
“demokratik” müttəfiqlərinə
qarşı çox fəal dəstəklənən “Ərəb
baharı”nın dağıtdığı ictimai nizamı hələ
də tam bərpa edə bilmirlər.
Bu regionda
bütün xalq tərəfindən seçilmiş liderlər
hərbi çevrilişlər
yolu ilə
devrilir, Qərb demokratiyaları isə yalnız “dərin
narahatlıq
keçirmələri” barədə bəyanatlar dərc
edirlər. Demokratiyaya doğru
durmadan
irəliləyən hər kəsin arxasında ABŞ-ın
dayanması barədə
Obamanın ideyalarının gerçəkləşməsi
bəs harada qaldı? Məgər bu,
C.Nayın
“yumşaq güc” barədə danışarkən istinad
etdiyi cəlbetmə və19
kooperasiyadırmı? Bombardmanlar, rəngli inqilablar
hazırlanması
və
buna oxşar pozucu ssenarilər vasitəsilə başqa ölkələri
də ABŞ-ın
istədiklərini istəməyə sövq etməyin mümkün
olması ehtimalı azdır.
Bütün
bu faktlar onu göstərir ki, Amerika xarici siyasətinin
qondarma
liberal məzmunu, əslində Hans Morgentaunun dediyi
kimi, dəyişməz
olan xudbin “milli maraqlar”ın həyata keçirilməsi
üçün yalnız pərdədir.
Əgər
ABŞ öz milli maraqlarına dönmədən əməl
edirsə, onda
başqa
ölkələr nəyə görə öz
maraqlarını inkar etməli və ya
anlaşılmaz, dağıntılara gətirib çıxara biləcək
güzəştlərə
getməlidirlər. ABŞ-da E.Sunouden barəsində
qaldırılmış işi nəyə görə
cinayət işi (amma siyasi motivləri olmayan iş) hesab edirlər?
Halbuki
o da guya
əsl liberal kimi hərəkət edib – azadlığı təhlükəsizlikdən
üstün tutub, bir sıra milli və beynəlxalq qanunların,
normaların ABŞ
tərəfindən pozulmasını dünyaya
açıqlayıb. Eyni zamanda, ABŞ-dakı
və
Avropadakı beynəlxalq “qeyri-hökumət” təşkilatları
nə üçün Leyla
Yunus və
Arif Yunus, həmçinin “beşinci kolon”un
digər
nümayəndələri barəsində cinayət işləri
üzrə araşdırmaları siyasi
motivli
araşdırma hesab edirlər? Nəyə görə ABŞ
hamıdan
transparentlik tələb edir və korrupsiya ilə mübarizəyə
çağırır?
Halbuki
onun dünyanın müxtəlif guşələrində
yaratdığı QHT-lərin
fəaliyyəti yetərincə korrupsiyalaşıb və ictimai nəzarət
üçün açıq
deyildir.
Qeyri-hökumət təşkilatları
(QHT)
yeni nəsil
“beşinci kolon”lar rolunda
Dövlətlərin
tarixindən bildiyimiz kimi, xarici dövlətlərin xeyrinə
işləyən müxtəlif agentlər, terrorçular və
separatçılar əsasən şüurlu
şəkildə dövlətçiliyin zəiflədilməsinə
çalışır, konstitusiyaya zidd
hərəkətlər törədirlər. Bu işdə
onlara inam verən o idi ki, onların
fəaliyyəti xaricdən güclü dəstəklə təmin olunur
və yaxşı haqq
ödənilirdi. Xarici dövlətlər üçün ən
böyük risk onların “beşinci kolon”
yaratmaq
planlarının üstünün açılması idi.
Onlar ehtiyat edirdilər ki,
bu
planın iştirakçıları özlərinin xaricdəki
himayədarlarını ələ verə,
bununla
da dövlətlərarası ikitərəfli rəsmi
münasibətlərə ziyan vura
bilərlər. Sovet İttifaqının dağılması
dalğasında ABŞ-da məhz bu cür
riskləri minimuma endirmək üçün postsovet dövlətlərində
“beşinci
kolon”larla
iş konsepsiyası hazırlanmışdı.
Əgər
əvvəllər “beşinci kolon” üzvlərinin ələ
alınması məsələləri
ilə əsasən
xüsusi xidmətlər məşğul olurdusa, keçən
yüzilliyin 90-cı
illərinin əvvəlində “beşinci kolon”ların dəstəklənməsi
və
formalaşması üzrə səlahiyyətlərin və maliyyə vəsaitlərinin
xeyli qismi
ABŞ Dövlət Departamentinə həvalə edildi. O da öz növbəsində
bu işi
ona
yaxın olan QHT-lər və fondlar vasitəsilə həyata
keçirirdi. Bu,
artıq
Mərkəzi Kəşfiyyat İdarəsinin ictimaiyyətdən
gizlədilən qara
büdcəsi deyildi. İndi bu mənbə demokratiyanın dəstəklənməsi,
insan
hüquqlarının müdafiəsi, KİV
azadlığının təmin edilməsi və digər
yetərincə ümumi bölmələri ilə dünya
üçün açıq idi. Bu bölmələrə
çox
böyük məbləğlər sərf edilirdi, lakin əsas xidmət
heç də bu deyildi.
ABŞ
birbaşa ələalma metodlarından bir növ imtina edərək
“beşinci 21
kolon”ların
agentləri və rezidentləri arasında bilavasitə əlaqələri
xeyli təkmilləşdirdi.
İnkişaf
etməkdə olan ölkələrdə ABŞ tərəfindən
yaradılmış QHTlərin
nümayəndələrinin çoxu əksər hallarda
heç ağıllarına da
gətirmir ki, onlar “beşinci kolon”lar rolunda çıxış
edir və onların
informasiyasından elə öz ölkələrində sabitliyi pozmaq
üçün istifadə
edilir.
Onlar bilmirlər ki, “demokratiya dəyərlərinin
yayılması”
anlayışı ilə pərdələnmiş böyük Amerika siyasətinin
agentləridirlər.
Nəticədə
bu cür şəbəkələrin üstü
açıldıqda belə, onların
nümayəndələri çox söz deyə bilmirlər,
çünki hansı konkret planların
həyata
keçirilməsi üçün işlədiklərindən
özlərinin də dəqiq məlumatı
olmur.
Yeni nəsil “beşinci kolon”ların əsas fərqli
xüsusiyyəti,
həmçinin ABŞ və onun müttəfiqlərinin bu agentlərlə
işinin bugünkü
özəlliyi məhz budur.
Dövlət Departamentinə yaxın QHT-lərin qeyri-transparent
fəaliyyəti, həmin QHT-lərdə korrupsiya faktları və bu təşkilatların
büdcələrində dövlət vəsaitlərinin üstünlük təşkil etməsi daha bir
mühüm reallıqdır. Məsələn, Azərbaycanda “beşinci kolon”
yaradılması üzrə müxtəlif QHT-lərin fəaliyyətinin maliyyələşdirilməsi
sxemi təxminən
belədir. Dövlət Departamenti demokratiyanın
yayılması üzrə əsas təşkilat olan USAİD (ABŞ
Beynəlxalq İnkişaf
Agentliyi) üçün pul ayırır. USAİD də öz
növbəsində rəngli inqilabların
NED (Milli
Demokratiya Fondu), İRİ (Beynəlxalq Respublika İnstitutu)
və
NDİ (Milli Demokratiya İnstitutu) kimi təşkilatçılarını
maliyyələşdirir. Bundan əlavə, USAİD yerli
QHT-ləri və xarici
təşkilatların Azərbaycandakı digər nümayəndəliklərini
birbaşa
maliyyələşdirir. Bununla yanaşı, Milli Demokratiya
Fondu (NED) yerli 22
QHT-ləri
və xarici təşkilatların ölkəmizdəki
nümayəndəliklərini
bilavasitə özü maliyyələşdirir.
Azərbaycan.-2014.-4 dekabr.-S.3-7.