Bakıda QDİƏT-ə üzv ölkələrin elm

 texnologiya üzrə nazirlərinin iclası işə başlayıb

 

Dekabrın 3-də “Kempinski Badamdar” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin elmtexnologiya üzrə nazirlərinin iclası işə başlayıb.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sədrlik etdiyi iclasın işində QDİƏT-ə üzv ölkələrin yüksək səviyyəli nümayəndə heyətləri, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin təmsilçiləri, ali məktəb rektorları iştirak edirlər.

Yüksək səviyyəli toplantıda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində dördillik Fəaliyyət Planı, Bəyannamə və digər müvafiq sənədlər müzakirə olunaraq qərarlar qəbul edilib. Həmin sənədlər QDİƏT-in elmtexnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun dekabrın 1-2-də keçirilən iclasında ekspertlər tərəfindən hazırlanıb. İclasda, həmçinin EİF-in təqdim etdiyi ikiillik fəaliyyət planı da müzakirə edilərək qəbul olunub.

Azərbaycan 2014-cü il iyulun 1-dən etibarən QDİƏT-in elmtexnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunda əlaqələndiricki funksiyasını yerinə yetirir. Respublikamız iki il müddətində ölkə əlaqələndiricisi kimi fəaliyyətini davam etdirəcək.

 

 

Azərbaycan.-2014.- 4 dekabr.- S.9.